İlham Əliyev İcra Hakimiyyəti binasının açılışında iştirak edib - FOTOLAR +YENİLƏNİB
Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı rayonunda olublar.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər və rayonun perspektiv inkişafı ilə bağlı layihələr barədə məlumat verib.
Sonra dövlət başçısı və birinci xanım Pirallahı Rayon İcra Hakimiyyəti üçün inşa edilən binada yaradılan şəraitlə tanış olublar.
Prezident İlham Əliyevin “Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci ildə imzaladığı sərəncama əsasən rayon icra hakimiyyəti üçün dördmərtəbəli bina inşa olunub. Binada operativ-idarəetmə, vətəndaşların qəbulu, iş otaqları, akt və konfrans zalları, kitabxana və digər zəruri otaqlar var. Bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub.
Yeni binada yaradılan şərait ölkədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Bundan başqa, müasir memarlıq üslubunda inşa olunan bu bina rayonun görkəminə də xüsusi gözəllik verir. Rayon icra hakimiyyəti üçün inşa olunan binanın ətrafında genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, fəvvarə quraşdırılıb, işıqlandırma sistemi yaradılıb, mindən çox ağac və gül-çiçək əkilib, yaşıllıq zolağı salınıb.
Avqustun 7-də Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər Mərkəzinin üçmərtəbəli binasında Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur. Mərkəzdə, eyni zamanda, akt zalı, elektron oxu və nikah zalları, robopark, rəsm, keramika-heykəltəraşlıq, fotostudiya, “bacarıqlı əllər” dərnəkləri və sərgi salonu yaradılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsinə xüsusi önəm veriləcək.
Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə gənclər siyasəti 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilir. Dövlətimizin başçının rəhbərliyi ilə həyata keçirilməkdə olan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bu baxımdan çox mühüm rol oynayır.
Avqustun 7-də YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı üçün ikimərtəbəli müasir bina inşa olunub. Burada partiya təmsilçilərinin səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında və bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu uğurların qazanılmasında yaxından iştirak etməklə xalqın partiyası olduğunu aydın nümayiş etdirir. Bu da ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin real həyatda təsdiqini tapdığını bir daha göstərir.
Partiyanın uğurlu fəaliyyətində onun rayon təşkilatlarının da rolu böyükdür. Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bütün bölgələrdə inşa olunan inzibati binalar müasirliyi ilə seçilir, həmçinin şəhər və rayonların gözəlliyinə əlavə rəng qatır.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
-
- 21 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 39 d. əvvəl
-
45 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
-
1 saat əvvəl
Naxçıvanda TRIPP marşrutuna qoşulacaq dəmir yolları yenidən qurulur
-
2 saat əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Ən çox oxunanlar
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
























