Beynəlxalq maliyyə bazarlarında volatillik artıb
Beynəlxalq maliyyə bazarlarında Amerika müdafiə nazirinin Yaponiyada baş nazir ilə görüşü fonunda açıqlamaları volatilliyi artırıb. Avroda korreksiya.
Avropa mərkəzi bankının qərarı öncəsi avroda korreksiya
Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının faiz qərarında günlər qalmış, avronun qiyməti cari həftənin maksimum və minimum səviyyələri aralığında ticarət edilməkdədir. Korreksiyanın 1.1137$-a kimi dərinləşə biləcəyi proqnozlaşdırılır.
Qızıla tələb artır, qiymət 1514$-a kimi bahalaşa bilər
Qlobal siyasi və iqtisadi risklərin daha da artması isə əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına səbəb olur. Qızılın bir unsiya üzrə qiyməti bu gün səhər saatlarında Amerika müdafiə nazirinin Çin və Türkiyə ilə bağlı açıqlamalarından sonra 1490$-a kimi 2%-ə kimi bahalaşıb və 1514$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Lirədə bahalaşma güclənir
Türkiyə mərkəzi bankının faiz azaldılması qərarından sonra ucuzlaşan USD/TRY məzənnəsi maliyyə bazarlarında faizlərin daha da azaldıla biləcəyi ehtimallarının gündəmə gəlməsi ilə daha da ucuzlaşır. Təhlillərə əsasən, məzənnə 5.42TL-yə kimi də ucuzlaşa bilər.
Bununla yanaşı, Amerika ilə Türkiyə hökümətləri arasında Şimali Suriyada yeni hərbi əməliyyatlar fonunda da münasibətlərin pozulması diqqət mərkəzində saxlanılmalıdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 3 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Ən çox oxunanlar
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)








.jpg)

