Palma yağları insan orqanizmi üçün zərərlidirmi?
Dünya səhiyyəsinin inkişaf etdiyi bir dövrdə xəstəliklərin sayı durmadar artır. Lakin müasir elm bəzi xəstəliklərin qarşısında hələ də acizdir. İnsanlar bəzi xəstəliklərin yaranmasını ekologiyanın çirklənməsi və qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər. Gündəlik qida rasionumuzda önəmli yer tutan yağların mənşəyi hər zaman müzakirə edilib. Bir çox qida məhsullarında palma yağından istifadə edilir. Bəs palma yağları insan orqanizmi üçün zərərlidirmi?
"MƏNFİ TƏSİRİ ELMİ CƏHƏTDƏN SÜBUTA YETİRİLMƏYİB"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, palma yağının orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib:
“Palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir. Emal olunmuş yağ texniki məqsədlər üçün, yaxud da məişətdə istifadə olunur. Texniki məqsədlər üçün kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada istifadə olunur. Məişət üçün nəzərdə tutulan palma yağı 200 dərəcəyə qədər qızdırıldıqda insan orqanizmi üçün zərərli olur, lakin bu hal digər yağ növlərinə də (kərə və ya duru yağlar) aiddir. Əgər texniki məqsədlər üçün nəzərdə tutulan yağ məişətdə istifadə olunarsa, bu da insan orqanizmi üçün zərərlidir. Məişət üçün istifadə olunan palma yağının kulinariyada istifadəsinə rast gəlmək olur və zərərləri ilə bağlı fikirlərin elmi əsası yoxdur”.
Agentlikdən bildirilib ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur: “Müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatlarda bu yağlardan istifadə olunur. Ümumiyyətlə, palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur”.
"NƏZARƏT EDƏN QURUMLAR TƏKZİB EDİR"
Professor Adil Qeybulla isə açıqlamasında Azərbaycanda satılan kərə yağlarının heç birinin standartlara uyğun olmadığını hesab edib:
“Əslində, istifadə etdiyimiz yağların dad xüsusiyyətləri kərə yağı səviyyəsinə çatdırılmış yağlardır. Palma və müxtəlif bitki yağları buna misaldır. Bununla bağlı dəfələrlə məsələ qaldırılıb, lakin yağ bazarına nəzarət edən strukturlar bunu qətiyyətlə təkzib edir. Onu sübut etmək üçün isə əlimizdə xüsusi bir laboratoriya olmalıdır. Ümumiyyətlə, sübut olunub ki, yağların həddən artıq qızardılması, dağ edilməsinəticəsində konseregen tipli maddələr əmələ gəlir. Onlar da çökərək damar divarlarını qalınlaşdırır. Ürək-damar xəsəliklərinə səbəb olur. Bu gün xərçəng xəstəliyinin artmasına səbəb ölkədə qidalanma məsələsidir. Onların da bir hissəsi yağların payına düşür. Yağlarla çox ehtiyatlı olmaq lazımdır. Onlar insanlarda xüsusi asılılıq yaradır. Bu da uzun müddət istifadə etdiyimiz, öyrəşdiyimiz qida rasionumuza ziddir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
3 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
3 saat əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
3 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
3 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
4 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

























