Fed kritik faiz qərarını açıqladı
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası başa çatıb. İclasda faiz dərəcəsi 0,25 faiz bəndi artırılaraq 0,50%-0,75% aralığından 0,75%- 1,0%-ə qaldırılıb.
Fed bu il əlavə 2 dəfə də faiz artırımı gözləyir (Bu günkü daxil cəmi 3).
Qərarın ardınca Dollar Avro qarşısında 1%-dən çox ucuzlaşıb və 1.0712 səviyyəsini görüb. Səbəb Fed-in bazarın gözlədiyindən artıq faiz artırımı gözləməməsidir. Bazarlar da bu il Fed-in 3 dəfə faiz artıracağını gözləyirdi. Bu ehtimal əvvəlcədən də Dolların dəyərində əks olunmuşdu.
Fed-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsi (FOMC), inflyasiyanın orta müddətdə 2 faiz hədəfinin ətrafında sabitləşəcəyini bildirib, uzunmüddətli federal fond nisbətinin 3% səviyyəsində olacağını proqnozlaşdırıb.
Fed, əmək bazarının gücləndiyini və işə qəbulların "möhkəm" olduğunu təkrarlayb və istehlakçı xərclərinin artmağa davam etdiyini bildirib. Bununla yanaşı, yaxınmüddətli risk mənzərəsinin "ümumi olaraq balanslı" olduğu təkrarlanıb.
2017-ci il ərzində 3 dəfə faiz artırılacağı gözləntisində olan Fed rəsmilərinin sayı 11-dən 14-ə yüksəlib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
6 d. əvvəl
"Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır"
-
48 d. əvvəl
İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əminəm ki, səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək"
- 1 saat əvvəl
-
2 saat əvvəl
Reuters": İran müvəqqəti atəşkəs qarşılığında Hörmüz boğazını açmayacaq
-
2 saat əvvəl
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
-
2 saat əvvəl
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Bank" tarixi səhm satışı ilə 51,3 milyon manat cəlb etməyi hədəfləyir
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İxracdan ən çox pul qazanan özəl Azərbaycan şirkətləri - SİYAHI
3 ayda dövlət büdcəsindən 68,5 milyon manat geri qaytarılıb
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
Ən çox oxunanlar
Azərbaycan Banklar Assosiasiyası Asiya qurumuna üzv olur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDU
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib























