SOCAR Tümendə zavod işə salır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin iştirakı ilə Rusiyanın Tümen şəhərindəki Antipinski Neft Emalı Zavodu istehsal tsiklini bərpa edib.
SOCAR-a istinadən xəbər verilir ki, zavod sonradan hazır məhsul şəklində geri qaytarılmaq şərti ilə sifarişçinin özünün təchiz etdiyi xammaldan istifadə etməklə müntəzəm rejimdə işləməyə davam edəcək.
Layihənin operatoru kimi "Sberbank" və layihəyə SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və emalı sahəsində təcrübə və bacarıqlarını cəlb edən sənaye investorları qrupunun birgə müəssisəsi olan "SOCAR Enerqoresurs" çıxış edir. SOCAR mütəxəssislərinin təcrübə və bacarıqlarından 2019-cu ilin iyun ayında "Novıy Potok" Neft Şirkəti" MMC-nin əməliyyat fəaliyyətinin bərpa edilməsi zamanı istifadə olunub: şirkət eyni vaxtda Moqutovskoye, Vorontsovskoye yataqlarındakı və Qremyaçevskoye yatağının bir hissəsindəki qəzalı quyuların bərpa edilməsi və yenidən qurulması işlərinə, eləcə də istismar qazması işlərinə hazırlığa başlayıb.
Həmçinin iyulun 18-də SOCAR nümayəndələri ilə Tümen vilayətinin qubernatoru Aleksandr Moor arasında görüş baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























