“Renessans Palace” yaşayış kompleksinin üstünlükləri
® Paytaxtda inşa edilən premium sinif yaşayış kompleksləri arasında Yasamalda yerləşən “Renessans Palace” xüsusi ilə seçilir. Dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. 3 hektar ərazini əhatə edən kompleks özünə xas üstünlüklərlə, premium kateqoriya üçün tələbləri ödəməsi ilə şəhərin digər yaşayış komplekslərindən fərqlənir.
Ətraf mühit
İlk olaraq “Renessans Palace” yerləşməsinə görə önə çıxır. Məlumdur ki, premium yaşayış kompleksləri şəhərin sakit hissələrində yerləşərək mərkəzdən nisbətən aralı olurlar. Yasamal rayonunda Musabəyov parkı yaxınlığında Zahid Xəlilov küçəsi ilə Həsən Məcidov küçəsinin kəsişməsində yerləşən “Renessans Palace” bu baxımdan uğurlu layihədir.
Sözügedən kompleks həyətinin sahəsi ilə Bakı şəhərindəki ən iri premium yaşayış kompleksidir (1.5 hektar). Xüsusi landşaft dizayna malik həyət avtomobil girişinə qapalı olması ilə sakinlərinin rahat istirahətini ən üst səviyyədə nəzərdə tutub. Burada qaçıq zolağı, idman meydançaları olan meşətipli həyət salınır.
Binalar Naxçıvan istehsalı aqlay və Ukrayna istehsalı qranitlə üzlənərək xüsusi dizaynı ilə təmtəraq nümunəsi təsiri bağışlayır.
Bundan əlavə, “Renessans Palace”ın ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zalı, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək.
Daxili üstünlüklər
Qranit elementlərlə bəzədilmiş travertin daşlı bloklara daxil olduqda Yaponiya istehsalı 3 liftlə mərtəbələrə qalxmaq mümkündü. 16 mərtəbəli binaların hər mərtəbəsində 3-4 mənzilin olduğunu nəzərə aldıqda bu sayda liftin də premium standartları artıqlaması ilə ödədiyini qeyd etmək olar.
Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Mənzillərin daxilində sərbəst planlamaya imkan verilir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Parkinq
Premium yaşayış kompleksləri üçün həm yerüstü, həm yeraltı (mənzilbaşına minimum 1 avtomobil hesabı ilə) avtomobil dayanacağının nəzərdə tutulması standartdır. Hər iki növ parkqinq ərazisinin mövcudluğuna, parkinq yerlərinin mənzillərin sayına olan nisbətinə görə (1084 mənzilə qarşı 1500 avtomobillik yeraltı, 120 avtomobillik yerüstü parklama yeri) “Renessans Palace” Bakıda yerləşən əksər yaşayış komplekslərindən seçilir.
Paytaxtda premium seqment mənzil almaq istəyənlər bu nüansları nəzərə almalıdır.
“Renessans Palace”ın satış ofisilə əlaqə nömrələri isə bu cürdür: 0125382977 və 0507158888
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Ən çox oxunanlar
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)







