ABŞ-ın gündəlik neft hasilatı geriləyib
Birləşmiş Ştatların sutkalıq neft istehsalı azalıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 1,1 min barrel azalaraq gündəlik 12,2 milyon barrel səviyyəsinə düşüb. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə 12,3 milyon barrelə, mayda 12,4 milyon barrelə yüksəlib, iyunda isə 12,2 milyon barrelə düşüb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 929 min barrel artaraq gündəlik 7,58 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 780 min barrel azalaraq sutkada 299 milyon barrel olub.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,32 milyon barrel, gələn il isə 13,26 milyon barrel təşkil edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib












.jpg)




