İyulun ilk günü hava yağışlı və dəyişkən buludlu olacaq
İyulun 1-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 23-26° isti, Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
8 san. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 19 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Fevralın 11-də gözlənilən hava şəraiti































