"Facebook Libra ilə banklara meydan oxuyur"
Facebook-un gələn il bazara çıxaracağı kriptovalyuta vahidi Libra, pul transferi və alış-veriş xüsusiyyətləri ilə bank sektorunun funksiyalarının zəifləməsinə səbəb olacaq.
"Marja" xəbər verir ki, bunu Rəqəmsal Dəyişiklik Dərnəyi sədri İsmail Hakkı Polat bildirib.
"Libra, getdikcə bankların yerini tutacaq. Hətta onun da arxasında 7/24 açıq bir qlobal bazar olacaq. Yəni Facebook, Libra ilə banklara meydan oxuyur", - o deyib.
Facebook-un 2020-ci ildə bazara təqdim edəcəyi Libra ilə bərabər Calibra adı verilən rəqəmsal pul kisəsi də istifadəyə verəcək. Kriptovalyutanın və rəqəmsal kisənin, Facebook Messenger, Whatsapp, ya da Calibra-nın öz cib telefonu proqramı vasitəsilə istifadəsi mümkün olacaq. Libra, MasterCard və Visa kimi ödəmə sistemləri tərəfindən də dəstəklənəcək. Facebook istifadəçilərinə təqdim edəcəyi bu xidmətlə onların qənaət, alış-veriş və pul transferi həyata keçirilmələrini asanlaşdırmağı hədəfləyir.
Libra-nı, aralarında Facebook, Mastercard, Visa, Uber, Booking, Spotify, Paypal və Vodafone kimi 10 milyon dollar giriş haqqı ödəyən 30 şirkətin olduğu konsorsium idarə edəcək.
Facebook-un Libra-nı bazara çıxarması və istifadəsinin genişlənməsi halında, bunun maliyyə və bank sektorunda yaradacağı təsirlərə toxunan Polad belə davam edib:
"Libra-nın dünyanın hər yerinə sərhəd tanımayan pul transferi və alış-veriş xüsusiyyəti ilə bank sektorunun bu günə qədər inhisarlarında saxladıqları funksiyalarının zəifləməsinə səbəb olacaq. Fərd və şirkətlərin Libra-ya keçməsilə bir müddət sonra banklara olan tələbat azalacaq. Çünki bank və ya kredit kartları əvəzinə blok zənciri üzərində açılacaq kisələrlə Facebook və digər konsorsium üzvlərinin xidmətlərindən məhdudiyyətsiz faydalanmaq imkanına malik olacaqlar. Beləliklə, Libra blok zənciri (blokchain), getdikcə bankların yerini tutacaq. Şübhəsiz, bu dağıdıcı yenilik yalnız banklarla məhdud qalmayacaq. Ölkələrin milli valyutalarına mənfi təsir edəcəyi söz mövzusudur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib












.jpg)





