"Banklar inteqrasiya olandan sonra hesablara borca görə sərəncam qoyulması məsələsi düzələcək"
"Əgər sahibkar olaraq mənim vergiyə borcum varsa və mənim 5 bank hesabım varsa bütün hesablarıma sərəncam qoyulur və bir müddət sonra vəsait bir hesabdan çıxılır və hesablar açılır. Bu kiçik və orta sahibkarlıq üçün böyük bir zərbədir".
Bunu "Caspian European Club"un icraçı direktoru Telman Əliyev deyib.
T.Əliyevin şikayətinə Vergilər nazirinin müavini İlkin Vəliyev cavab verib. Nazir müavini sahibkarın şikayəti ilə razılaşıb: "Bütün hesablara sərəncam qoyulması düzgün məsələdir. Düz edib bu məsələni qaldırırsız. Bu gün o problem olaraq qalmaqdadır. Biz bu problemin həllini düşünürük. Bu məsələ ilə bağlı qısa arayış vermək istəyirəm. Yadınıza gəlirsə bir neçə il qabaq hesablardan vəsaitin silinməsi prosesi gedirdi. İndi isə hesablar dondurulur. Vergi nəzarət tədbirlərin aparılması halında hesablar dondurulur və vergi ödəyicisi özü bəyan elədiyi halda borc silinir. Bu gün vergi orqanlarının bütün sərəncamları elektron qaydada gedir və bilmirik ki, hansı vergi orqanlarının hesabında nə qədər vəsait var. Ona görə də mütləq qaydada bütün hesablara sərəncam gedir. Amma bu gün bankların inteqrasiya edilməsi ilə bağlı müzakirələr gedir. Biz hesab üzrə qalığı bildiyimiz halda bir hesaba sərəncam qoymaq həm inzibatçılıq, həm də xərc baxımından rahatdır. Bu həm sahibkarlığın haqlı narazılığına səbəb olmaz. Banklar inteqrasiya olandan sonra biz də o məsələni düzəldəcəyik".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
57 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























