Əhalinin, şirkətlərin və dövlətin sığortaya məcburi ödənişləri artıb
Azərbaycanda icbari sığortalar üzrə toplanan sığorta haqları artıb.
"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin ilk 4 ayında icbari sığortalar üzrə 89 milyon 94 min manat sığorta haqları toplanıb. Ötən ilin eyni dövründə bu rəqəm 80 milyon 559 min manat idi.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 18 milyon 88 min manat (ötən ilin eyni dövründə 15 milyon 884 min manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 29 milyon 192 min manat (ötən ilin eyni dövründə 26 milyon 719 min manat), hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə 15 milyon 822 min manat (ötən ilin eyni dövründə 16 milyon 922 min manat), məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə 12 milyon 788 min manat (ötən ilin eyni dövründə 11 milyon 259 min manat), daşınmaz əmlakın icbari sığortası üzrə 12 milyon 841 min manat (ötən ilin eyni dövründə 9 milyon 537 min manat), daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167 min manat (ötən ilin eyni dövründə 139 min manat), sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 66 min manat (ötən ilin eyni dövründə 69,5 min manat), digər icbari sığortalar üzrə 130 min manat (ötən ilin eyni dövründə 28,3 min manat) sığorta haqları toplanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
57 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























