“Yapı Kredi Bank Azərbaycan”ın təşkilatçılığı ilə “Beynəlxalq maliyyə sansksiyaları” mövzusunda təlim təşkil edilib
(®) “Yapı Kredi Bank Azərbaycan” QSC-nin təşkilatçılığı ilə bank əməkdaşları üçün “Beynəlxalq maliyyə sansksiyaları” mövzusunda təlim təşkil edilib.
31 may 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC-nin təşkilatçılığı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun dəstəyi ilə ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinə “Beynəlxalq Maliyyə Sanksiyaları” mövzusunda təlim keçirilib.
Təlim “Yapı Kredi Bank Azərbaycan” QSC-nin əsas səhmdarı olan Yapı Kredi A.Ş-nin müvafiq sahə üzrə mütəxəssisləri, bankın Maliyyə cinayətlərinin qarşısının alınması üzrə direktoru Mehmet Tolga İncaz, Sanksiyalar və müxbir banklarla əlaqələr üzrə müdir Ahmet Kağan Sönmezer və baş mütəxəssis İrem Körgen tərəfindən keçirilib.
Təlimçilər bank sahəsində beynəlxalq maliyyə əməliyyatları zamanı risklərin idarə edilməsi, o cümlədən son qəbul olunmuş məhdudiyyət və sansksiyalara dair məlumat verilib və Yapı Kredi qrupunun, o cümlədən bankın digər səhmdarı olan İtaliyanın Unicredit bank qrupunun bu sahədəki geniş təcrübəsini iştirakçılarla paylaşıb.
Təlimdə iştirak edən yerli bankların nümayəndələri qeyd olunan mövzu üzrə prosedurlar və qaydalarla tanış olublar və sonda onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti






























