Azərbaycana ən çox tütün, badımcan, pambıq sifariş olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin may sayı təqdim olunub.
“Marja” xəbər verir ki, “İxrac İcmalı”nda 2019-cu ilin yanvar-aprel ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.
Göstərilib ki, Azexport.az portalına 229 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 3 faiz artıb.
Bu ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 51 milyon ABŞ dolları təşkil edib.
2019-cu ilin aprel ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,3%), Türkiyə (8%), İngiltərə (6,5%), Hindistan (6,5%) və ABŞ (5,5%) qərarlaşıb.
Cari ilin aprel ayında ən çox ixrac sifarişi tütün, badımcan, pambıq və pambıq məhsulları, kartof, soğan, qənnadı məhsulları, meyvə kompotu, yumurta, mühərrik yağı, çay, tikinti materialı, kələm, buğda kəpəyi, şərab, qoyun yunu, kosmetik vasitə, konservləşdirilmiş tərəvəz, alma, gül və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 aprel tarixinə kimi (28 ay ərzində) Azexport.az portalına dünyanın 129 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 218 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 16,5 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 47,9 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















