Transxəzər magistralı sazişi Qazaxıstan hökuməti tərəfindən təsdiq edildi
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin iştirakı ilə icra edilən və Transxəzər magistralı layihəsi üzrə Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən təsdiq edilib.
19 mart 2019-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" dövlətlərarası saziş bu ilin aprel ayında Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilib və Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən təsdiq edilib. 17 may tarixində isə sözügedən saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib.
Sənədə əsasən, Transxəzər magistralının çəkilişi Azərbaycan tərəfdən ölkənin ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan "AzerTelecom" şirkəti, Qazaxıstan tərəfdən isə bu ölkənin telekommunikasiya operatorları olan "Transtelecom" və "KazTransCom" şirkətləri tərəfindən icra ediləcək. Bu məqsədlə iki ölkəni təmsil edən şirkətlər arasında ümumi uzunluğu 380-400 kilometr olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı artıq Konsorsium təsis edilib, birgə İşçi qrupu yaradılıb və tikinti üzrə müştərək müqavilə də imzalanıb.
“AzerTelecom” şirkətinin “Azerbaijan Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər magistralı layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılmasını nəzərdə tutur. Layihənin məqsədi Azərbaycan-Qazaxıstan marşrutu üzrə Avropadan Çinə qədər Azərbaycan və Qazaxıstandan keçəcək rəqəmsal dəhlizin yaradılması və beləliklə də Orta Asiya və Çinə internet trafikinin ötürülməsidir.
“Digital HUB” proqramı çərçivəsində icra edilən Transxəzər fiber-optik magistralı layihəsinin ümumilikdə böyük bir regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaq. Layihənin icrası, həmçinin Çinin təşəbbüskarı olduğu "Belt and Road Initiative" (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı "Belt and Road Initiative" (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcək.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
-
20 d. əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 26 d. əvvəl
-
34 d. əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
-
3 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
3 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Ən çox oxunanlar
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR






















