Dünyaya 40 dəfə sürətli internet veriləcək - DETALLAR AÇIQLANDI
Elon Musk (İlon Mask) "Twitter" hesabından bütün dünyaya yüksək sürətli internet təmin edəcək "Starlink" layihəsinin detallarını paylaşıb. Çərşənbə günü "SpaceX"in "Falcon 9" raketilə aşağı orbitə 60 ədəd kiçik peyk göndərməsi planlaşdırılır. "SpaceX" şirkəti, layihə tamamlandıqda 12 min peyklə bütün dünyaya hazırkı orta hesabla sürətdən 40 dəfə sürətli internet xidməti təqdim etməyi hədəfləyir. Prosesin sürətlənməsi üçün içinə daha çox peykinin yerləşəcəyi yeni bir raket üzərində çalışırlar.
Milyarder ixtiraçı Elon Musk, İcraçı direktoru olduğu kosmos texnologiyaları şirkəti "SpaceX"in peyklər vasitəsilə bütün dünyaya yüksək sürətli internet təmin etmək layihəsindəki son prosesləri açıqlayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Marja"nın məlumatına görə, Musk "Twitter" hesabından şirkətin "Falcon" raketinin içinə yerləşdirilmiş 60 ədəd peykinin fotosunu paylaşıb. "Falcon 9" raketini çərşənbə günü orbitə göndərməyi planlaşdırdıqlarını açıqlayan Musk, "Yəqin ki, ilk səfərdə bir şeylər səhv gedəcək",- ifadələrini istifadə edib.
2015-DƏ ELAN ETMİŞDİ
Elon Musk "Starlink" adını verdiyi peyklərlə bağlı ilk planını 2015-ci ildə açıqlamışdı. Layihəyə görə, daha kiçik ölçüyə malik 1200 ədəd peyk dünyanın orbitinə yerləşdiriləcək və qurulacaq şəbəkə ilə bütün dünyaya yüksək sürətli internet veriləcək. Əgər Musk-ın planı uğurlu olsa, dünya miqyasında internet istifadəçilərinin "download" və "upload" sürətlərinin 40 dəfə artması gözlənilir. Nə "SapceX", nə də Elon Musk sözügedən xidmət üçün istifadəçilərdən nə qədər ödəniş alacaqlarını bu günə qədər açıqlamayıb.
HƏDƏF 2020-DƏ BAŞLAMAQDIR
"SpaceX" fevral ayında da "Tintin A" və "Tintin B" adlı iki peyki uğurla göndərmişdi. Ancaq Musk bu peyklərin sınaq məqsədli kosmosa göndərildiyini, çərşənbə günü göndəriləcək peyklərin isə layihənin başlaması üçün olduğunu vurğulayıb. Musk, müəyyən bir sahəni əhatə etmək üçün 420 ədəd peykinin dünya ətrafında yerləşdirilməsi lazım olduğunu söyləyib. Yəni, çərşənbə günü göndəriləcək peyklərdən başqa 360 peyk də kosmosa göndərilməlidir. "SpaceX" daha əvvəl peyklər vasitəsilə internet xidmətini 2020-ci ildən etibarən verməyi planlaşdırdığını bildirmişdi. 2024-cü ildə də 12000 peyklə dünyanın ən ucqar guşəsinin də əhatə daxil daxil olması məqsədi güdülür.
122 METR UZUNLUĞUNDA YENİ RAKET
Əlbəttə "SpaceX"in planları istədiyi kimi getsə, çox daha az yürüşlə daha çox peyk göndərməyə nail ola bilər. Hazırda 60 peykinin sığa bildiyi "Falcon 9" raketi təxminən 70 metr boyundadır. Şirkət "Starlink" layihəsi üçün isə iki hissəli 122 metr uzunluğunda yeni raket istehsal etməyi planlaşdırır. Elon Muskın bu yeni raketlə bağlı detalları iyun ayında açıqlayacağı gözlənilir. Peyklərin bir neçə dəfə istifadə edilməsi "SpaceX"in ən çox üzərində durduğu əsas məsələlərdəndir. Bu sayədə maya dəyərinin minimuma endirilməsi planlaşdırılır.
First 60 @SpaceX Starlink satellites loaded into Falcon fairing. Tight fit. pic.twitter.com/gZq8gHg9uK
— Elon Musk (@elonmusk) 12 мая 2019 г.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
Ditigal Bolkart və yeni tərzi qarşılayın - Bank of Baku-dan ikiqat yenilik!
-
-
18 d. əvvəl
ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı!
-
1 saat əvvəl
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 13-də gözlənilən hava şəraiti
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
Ən çox oxunanlar
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI











.jpg)










