Çay ixracı ilə bağlı təkliflər alıb
Azərbaycanda çay və düyü istehsalçısı olan “Astara Çay” MMC Dubayda keçirilən Gulfood 2017 Beynəlxalq Qidə və İçki sərgisində iştirak edib.
Bu sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində “Astara Çay” MMC-nin istehsalı olan “Astaraçay” və “AzTea” brendinə aid çay məhsulları ilə yanaşı ölkəmiz meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, fındıq və konservləşdirilmiş qida məhsulları ilə təmsil olnub.
Şirkətdən verilən məlumata görə, digər yerli məhsullarımız kimi çaylarımıza da sərgidə böyük maraq olub. Belə ki, “Astara Çay” MMC bir neçə ölkənin təmsilçilərindən çaylarımızın ixracatı ilə bağlı əməkdaşlıq təklifləri alıb və hazırda bu istiqamətdə danışıqlar aparılır.
Qeyd edək ki, 100 % təbii “Astaraçay” və “AzTea” çay və “Astara Düyüsü” markalı yerli məhsulların istehsalçısı olan "Astara Çay" MMC 2010-cu ildə təsis edilib. Çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarında yerləşən çay plantasiyalarımızdan təmin edilir. Ümumi sahəsi 210 hektar olan çəltik və 450 hektar olan çay plantasiyalarında artıq 4-cü ildir ki, Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır və müvafiq sertifikatlar verilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş çay emalı və qablaşdırılması fabriki 2015-ci ildən fəaliyyətə başlamışdır. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Çayların becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqılardan istifadə edilmir. Çay fabriki 2016-cı ildə ISO 9001 və ISO 14001 sertifikatları əldə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)







