Bank of Baku kompensasiya ödənişlərinə başladı!
® Ölkənin innovativ bankı Bank of Baku, 22 aprel tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmana əsasən, kompensasiya ödənişlərinə start verdi.
İlkin mərhələdə 500 AZN-dən aşağı (500 AZN daxil olmaqla) kompensasiya alan müştərilərə ödəniş edən Bank, kompensasiya ödənişlərinin ilk günündə - yəni 22 aprel tarixində ümumilikdə 3714 nəfər müştəriyə kompensasiya ödəyib. Bank bildirib ki, kompensasiyası 500 AZN-dən yüksək olan müştərilərin ödənişləri yaxın zamanda növbə prinsipinə əsasən ödəniləcək.
Bank ilk kompensasiya alan müştərisini də təyin edib. Elnur Talıblı adlı müştəri bankdan aldığı dollar kreditinə görə hesablanmış kompensasiya məbləğini əldə edərkən, ölkə başçısı Cənab İlham Əliyevə vermiş olduğu qərar üçün təşəkkürünü bildirib.
Hal-hazırda bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. Qeyd edək ki, müştərilər kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında SMS və ya zəng vasitəsilə məlumatlandırılacaq. Telefon nömrəsini dəyişmiş müştərilərə Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, yeni telefon nömrələrini təqdim etmələri tövsiyyə olunur.
Müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil olaraq əldə edə bilərlər.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
5 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
7 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
10 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
12 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 31 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























