Nazirlik aprel ayının qeyri-sabit keçməsinin səbəblərini açıqlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının qeyri-sabit keçməsinin səbblərini açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir.
O qeyd edib ki, şimal yarım kürrəsinin atmosferi bütövlükdə yay rejiminin sirkulyasiyasına keçməsinə baxmayaraq, meridianlıq fartorunun yüksək olması hesabına “soyuqların qayıdması” müşahidə edilir: "Ayrı-ayrı anomal soyuq illərdə aprel ayının orta temperaturu normadan 5-6 dərəcə aşağı ola bilər. Bu aprel ayını ümumi xarakterizə edən, keçid dövrü olmasının göstəricisidir. Gündəlik havada isə orta sutkalıq temperaturun ümumi yüksəlməsi fonunda, bu soyuq hava kütlələrinin daxil olmasında özünü göstərir. Bəzi hallarda geri qayıdan soyuqlar böyük əraziləri əhatə edir, uzun müddət saxlanılır və kəskin şimal küləkləri ilə müşayiət olunur".
Direktor bildirib ki, aprel ayında soyuq və isti hava kütlələrinin bir-birini əvəz etməsi xüsusilə kontrastlı olur: "Bu isə onunla izah olunur ki, şimalda, qütbətrafı rayonlarda 30 dərəcəlik şaxtalar müşahidə olduğu zaman, cənubda temperatur yay göstəricilərinə yaxınlaşır. Təbii ki, atmosfer sirkulyasiyasının meridional forması şəraitində cənub regionlarının sakinləri üçün qış qayıtmış olur. Aprelin 18-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri sabit hava şəraitini yaradıb. Dağ və bəzi dağətəyi rayonlarda yağıntılar qara keçməklə 2-14 sm. qalınlığında qar örtüyü yaranıb".
"Son 5 gün ərzində yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçmişdir. Xüsusilə Böyük Qafqazın rayonlarını qeyd etmək lazımdır. Zaqatalada 130 mm. yağıntı düşmüşdür ki, bu da aylıq normanın 127 faizini təşkil edir. Balakən, Şəki, Oğuz, Qubada – 38-94 mm., 72-92%, Lənkəran-Astara zonasında isə 88-100 mm. düşmüşdür ki, bu da aylıq normanın 140-180 % -ni təşkil edir. Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enib. Bu günlərdə qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son 2 onillikdə rekord anomaliya 2004-cü ilin 5 aprel tarixində müşahidə olunub ki, bu zaman Bakı şəhərinə çoxlu qar yağmışdır. Ayın 22-də axşam vaxtları, həmçinin aprelin 23-də gecə saatları bəzi rayonlarda intensiv yağıntıların olma ehtimalı saxlanılır. Bununla əlaqədar dağ çaylarında qisamüddətli su basmaları mükündür. 3-cü dekadanın 2-ci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması ilə hava şəraitinin daha stabil olması gözlənilir" -deyə U.Tağıyeva əlavə edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
15 d. əvvəl
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
-
1 saat əvvəl
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
-
2 saat əvvəl
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
Banklarda Agile niyə işləmir?
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Rəsmi məzənnələr açıqlandı
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
























