Azərbaycan meyvə-tərəvəz ixracını 31% artırıb
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 103,454 mln. ABŞ dolları dəyərində 98,823 min ton meyvə-tərəvəz ixrac edib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22,736 mln. dollar (28,2%) və 23,266 min ton (30,8%) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,3%-ni təşkil edib.
Komitə ayrı-ayrı mevvələr və onlardan hazırlanmış məhsulların ixrac həcmini də açıqlayıb. Belə ki, rüb ərzində Azərbaycan xarici ölkələrə 25,456 mln. dollar dəyərinə 21,372 min ton tomat ixrac edib. Tomat ixracı Azərbaycanın ümumi ixracının 0,6%-ni təşkil edib.
Bundan başqa, 3 ay ərzində Azərbaycan 7,326 min ton meşə fındığı ixrac edib. Bu məhsul ölkəyə 38,963 mln. dollar gəlir gətirib və ümumi ixracda 0,9% paya malik olub.
Yanvar-mart aylarında Azərbaycanın ixrac etdiyi almanın isə dəyəri 12,208 mln. min dollar gəlir, həcmi isə 29,264 min ton olub. Bu da ümumi ixracın 0,3%-i deməkdir.
Hesabat dövründə Azərbaycan həm də 19,113 mln. dollar dəyərinə 23,832 min ton xurma ixrac edib. Xurma ixracı ölkənin ümumi ixracının 0,4%-ni təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























