9 milyon manata yaxın zərər edib, kapitalı "əriyib" - BANK HESABATI
"Bank Melli İran" Bakı filialı 2019-cu ilin birinci rübünü 8 milyon 603 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin eyni dövrünü 856 min manat xalis mənfəətlə bağlamışdı. "Bank Melli İran" Bakı filialı ehtimal olunan depozit və kredit itkiləri üzrə yenidən böyük məbləğdə ehtiyat yaratdığı üçün zərər edib.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə filialın faiz gəlirləri 700 min manat, haqq və komissiya gəlirləri 35 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 202 min manat təşkil edib.
2018-ci ilin ilk rübündə "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 763 min manat, haqq və komissiya gəlirləri 82 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 174 min manat təşkil etmişdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Bank Melli İran" Bakı filialı ilk rübdə aktivlər üzrə ehtiyatların yaradılmasına 9 milyon 156 min manat ayırdığından zərər edib. Filialın 939 min manat cəmi gəlirləri ehtiyatlara ayırmaları və xərcləri bağlamağa kifayət etməyib. Böyük məbləğdə ehtiyatlara ayırma "Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi kreditlərin və digər banklarda yerləşdirdiyi depozitlərinin riskdə olduğuna işarədir.
İlk rübdəki 8 milyon 603 min manat zərər kapitalın azalmasına səbəb olub. 2018-ci ilin sonunda 70 milyon 671 min manat təşkil etmiş cəmi kapital 31 Mart 2019-cu il tarixində 61 milyon 728 min manata düşüb.
2019-cu ilin birinci rübündəki 8 milyon 603 min manat xalis zərər ilə filialın yığılmış cəmi zərəri 29 milyon 69 min manata qalxıb.
BANK KİÇİLİB
2018-ci ilin sonu ilə müqayisədə yanvar-mart dövründə "Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi kreditlər 156 min manat artaraq 3 milyon 733 min manata qalxıb.
Müqayisə olunan dövrdə, bankın cəmi aktivləri 6 milyon 289 min manat azalaraq 104 milyon 152 min manata düşüb. Ötən ilin sonunda "Bank Melli İran" Bakı filialı 110 milyon 441 min manat cəmi aktivlərə malik idi.
ÖTƏN İL MƏNFƏƏTİ KƏSKİN AZALMIŞDI
Xəbər verdiymiz kimi, "Bank Melli İran" Bakı filialı 2018-ci ili 2 milyon 141 min 532 manat xalis mənfəət ilə başa vurub. Halbuki filial 2017-ci ili 6 milyon 924 min 515 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bankın xalis mənfəəti 3,2 dəfə azalmışdır. 2017-ci ildə "Bank Melli İran" Bakı filialının xalis mənfəətinin yüksək olması kredit və depozit itkiləri üzrə yaradılmış ehtiyatın 5 milyon 750 min manatının azad olması idi.
"Bank Melli İran" Bakı filialı ehtiyatlara 30 milyon 895 min manat ayırmaya görə 2016-cı ili 29 milyon 264 min manat zərər ilə bağlamışdı. 2017 və 2018-ci illərdə filial ehtiyatlara ayırma etməmişdi, əksinə yaradılmış ehtiyatın bir hissəsi azad olmuşdu.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
- 31 d. əvvəl
-
46 d. əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
3 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yanvarın 13-də gözlənilən hava şəraiti
Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb










.jpg)









