Yeni nəsil kassalar yeni kassa çekləri təqdim edəcək - DETALLAR
Azərbaycanda yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq. Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi və s. aiddir.
Bu barədə "Marja"ya Vergilər Nazirliyindən bildirilib.
Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.
Məlumatda qeyd edilib ki, yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Belə ki, kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib. Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir. Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar. Bununla yanaşı yeni nəsil kassa aparatları üzrə məlumatların çatdırılması üçün yaradılacaq e-kassa.gov.az saytı vasitəsilə də çeki yoxlamaq mümkündür. Bunun üçün həmin saytdakı “Çekin yoxlanılması” bölməsinə müraciət etmək lazım olacaq.
Vətəndaşlar həmçinin “QR-kod reader”dən istifadə etməklə və ya e-kassa.gov.az saytındakı “Çekin yoxlanılması” bölməsinə çek məlumatlarını daxil etməklə kassa çekində yerləşdirilmiş QR-kodun sürətini çıxararaq çekin elektron nüsxəsini də əldə edə biləcəklər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Qeyd edək ki, pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.
Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Belə ki, vətəndaşlar alış-veriş edərkən kassa çeklərini tələb etməlidirlər. Çünki kassa çekinin təqdim olunması alış-veriş zamanı keyfiyyətinin aşağı olduğu sonradan anlaşılan məhsulların yenisi ilə əvəz edilməsi və ya qaytarılması, bonuslardan istifadə və vətəndaşların hüquqlarının müdafiəsi baxımından vacib əhəmiyyət daşıyır. Bundan əlavə, çeklərin təqdim olunması dövlət büdcəsinə daxilolmaların təmin olunmasına və bu vəsaitlərin büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
15 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)









.jpg)






