Xadimə və fəhlələrin adına 200 min dollar kredit götürülüb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə şahid qismində Gülputa İspərova ifadə verib.
O bildirib ki, "İntertekstil" şirkətində xadimə vəzifəsində çalışıb.
Şahid qeyd edib ki, şirkətin rəhbər şəxsi olan İlham Ağaverdiyev işçiləri Bakıya Beynəlxalq Banka sənədlərə qol çəkməsini istəyib: "Biz avtobusla Bakıya gəlib, sənədlərə qol çəkdik. Sonra oğluma toy edəndə banka müraciət etdim. Dedilər ki, adıma 250 min manat kredit var. Mən də evə getdim. Bakıya gələndə heç yolpulumuzu da vermədilər".
Məhkəmədə elan olunub ki, İspərovanın adına Beynəlxalq Bankdan 200 min dollar kredit ayrılıb, hazırda 90 min manat faiz borcu qalıb.
Daha sonra "İntertekstil" şirkətidə usta kimi çalışmış Etibar Babayev dindirilib. O qeyd edib ki, İlham Ağaverdiyevin istəyi ilə banka aparılıb, sənədə qol çəkib: "Özümə kredit götürmək istəyəndə adıma 200 min dollar kedit ayrıldığını öyrəndim. Təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovu tanıyıram, ora hərdən gəlirdi".
Şahid Ramiz Allahverdiyev də "İntertekstil" şirkətində çalışdığını, banka aprılıb, adına kredit götürüldüyünü söyləyib. O, şirkətdə D.Xəlilovu tanıdığını deyib: "Düzdü, banka getməyə bilərdim. Lakin qorxurdum ki, məni işdən çıxardarlar. Ona görə də dediklərinə əməl etdim".
Prosesdə şahid Fərman Bağırov da ifadə verib. Onun sözlərinə görə, "İntertekstil" şirkətində sürücü kimi çalışan zaman şirkətin rəhbər şəxsi İlham Ağaverdiyev onları Bakıya gətirib, Beynəlxalq Bankdan kredit sənədlərinə qol çəkdirib: "Aradan bir müddət keçəndən sonra öyrəndim ki, adıma bankdn 200 min dollar pul götürülüb. Sənəddə rəqəmləri görmədim. Sadəcə qol çəkməyimi istədilər. Dedilər ki, fabrik tikilməlidir, pul lazımdır. Ona görə də sənədlərə imza atdım. Bu şirkət sanki cəngəllik idi".
Suallara cavab verən F.Bağırov söyləyib ki, kredit sənədlərə qol çəkməkdən imtina edə bilməyib: "Axı mən imtina etsəydim kollektiv mənə necə baxacaqdı?"
Şahid qismində dindirilən "İntertekstil" şirkətinin işçisi olmuş Mikayıl Cəlalov deyib ki, Beynəlxalq Bankdan adına 200 min manatlıq kredit götürülüb. Bu şahid də qeyd edib ki, şirkətin rəhbər şəxsi İlham Ağaverdiyevin istəyi ilə Bakıya gəlib, bankda sənədlərə qol çəkib.
Təqsirləndirilən Mahir Qafarov gözündən əməliyyat olunacağını deyib və məhkəmədən bir neçə günlük vaxt istəyib. Digər təqsirləndirilən Samir Hacıyev isə bir neçə gün bundan əvvəl əməliyyat olunduğunu, hazırda səhhətinin normal olduğunu söyləyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
19 d. əvvəl
Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
-
22 d. əvvəl
Rəsmi məlumat: Ötən il Azərbaycanda rəsmi maaş 9,3 faiz artaraq 1103 manata yaxınlaşıb
-
36 d. əvvəl
Məhsul və xidmətlərin ödənişini 35 aya qədər hissələrlə qaytar - “Böl-ödə” krediti
-
42 d. əvvəl
Daha 8 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VƏ YA GƏLİR VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
43 d. əvvəl
7 obyekt icarə müsabiqəsinə çıxarılıb - aylıq icarə qiyməti 30 manatla 130 manat arasında dəyişir
-
47 d. əvvəl
“Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir
- 50 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda illik inflyasiya sürətlənib
Ən çox oxunanlar
Tibbi avadanlıqlar üzrə qlobal şirkət Azərbaycanda rəsmi distribütor təyin etdi - Saziş Dubayda imzalandı
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb























