ARDNF-nin səhmdarı olduğu bank xalis mənfəətini 49% artırıb
Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına əsasən Rusiyaya məxsus "Bank VTB"nin 2017-ci il ilə müqayisədə 2018-ci ildə xalis mənfəəti 48,9% artaraq 178,8 mlrd. rubl təşkil edib.
Bankın əsas fəaliyyətindən sabit gəlirlər, xərclərin effektlivliyinin yüksəldilməsi, ehtiyatların ayrılması üçün xərclərin azalması mənfəətin artmasına səbəb olub.
2018-ci ilin IV rübündə korportaiv və pərakəndə kredtiləşmədə davamlı artım fonunda VTB-nin xalis faiz gəlirləri 1,8% artaraq 468,6 mlrd. rubl olub.
Hesabat dövründə bankın kredit portfeli 18,7% artaraq 11,43 trln. rubla çatıb. O cümlədən, fiziki şəxslərin kreditləşməsi 28,7% artaraq 3 trln. rubl, hüquqi şəxslərin kreditləşməsi isə 15,5% artaraq 8,44 trln. rubla bərabər olub. Kredit portfelində qeyri-işlək kreditlərin həcmi ötən ilin əvvəlindəki 6,9%-dən 5,7%-ə qədər azalıb. Ötən il bankın müştərilərinin vəsaitləri 15,9% artaraq 10,4 trln. rubl, o cümlədən fiziki şəxslərin vəsaitləri 21,7% artaraq 4,4 trln. rubl, hüquqi şəxslərin isə 8,6% artaraq 6 trln. rubla bərabər olub.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bankdakı iştirak payı 2,95%-ə bərabərdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







