Çöküşü qəbul etmək ya da Trampa meydan oxumaq - NEFT ÖLKƏLƏRİ YENİ PARADOKSLA ÜZ-ÜZƏ
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və qrup ilə birlikdə hərəkət edən istehsalçılar, ABŞ Prezidenti Donald Tramp ilə neft qiymətlərində kəskin azalma arasında qalıb.
Neftin daha da ucuzlaşması riskini gözə almaq, ya da ABŞ Prezidenti Donald Trampın qəzəbinə məhəl qoymamaq - OPEC bu iki variantdan birini seçmək vəziyyətindədir.
"Marja" xəbər verir ki, OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçılar Trampın "Twitter" üzərindən etdiyi yüksək qiymət xəbərdarlığının ardından yeni bir paradoksla üz-üzədir: Neft ixrac edən iqtisadiyyatlara mənfi təsir edəcək bir çöküşü qəbul etmək, ya da Trampa meydan oxumaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
OPEC, ABŞ-ın rekord səviyyədə nefti istehsalından qaynaqlanan təklif artıqlığını azaltmaq üçün ötən ay yeni hasilatı azaltmağa başlayıb.
Xam neft qiymətlərinin bu il 20%-dən artıq yüksəlməsi iki böyük OPEC istehsalçısı İran və Venesuela üzərində diplomatik təzyiq tətbiq edən Tramp üçün maneə yaradır.
Analitiklər bildirirlər ki, yaxın tarix Səudiyyə Ərəbistanı və OPEC-in Prezident Trampın təzyiqinə məhəl qoymadığını göstərdi. Neft qiymətləri Vaşinqtonda siyasi olaraq həssas səviyyələrə qalxdıqca OPEC+ üzvləri hasilatı azaltmağı düşünəcəklər.
Qeyd edək ki, Azərbaycan da OPEC ilə birgə hərəkət edir və hasilatını azaldır.
NEFT QİYMƏTLƏRİ TRAMPIN AÇIQLAMASI İLƏ DÜŞDÜ
Dünən ABŞ Prezidenti Donald Tramp "Twitter" üzərindən, "Neft qiymətləri çox yüksəlir, OPEC bazarı sakitləşdirməlidir. Dünya neftin qiymətində artımın öhdəsindən gələ bilməz" açıqlamasını edib.
Çin-ABŞ görüşlərindəki nikbinliyin də təsirilə gün ərzində 67,60 dollara qədər qalxan Brent neftin barrel qiyməti Trampın açıqlamasından sonrası 4%-ə yaxın düşərək 64,68 dollar səviyyəsinə enib.
Oil prices getting too high. OPEC, please relax and take it easy. World cannot take a price hike - fragile!
— Donald J. Trump (@realDonaldTrump) 25 февраля 2019 г.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)



.jpg)








