Sığorta bazarı icbari sığortalardan daha da asılı vəziyyətə düşdü
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında könüllü sığortalar üzrə hesablanmış sığorta haqları cəmi 730 min manat və ya 1% artaraq 72 milyon 588 min manat təşkil edib. Ötən ilin Yanvar ayında könüllü sığortalar üzrə 71 milyon 859 milyon manat sığorta haqları hesablanmışdı.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, könüllü həyat sığortaları üzrə hesablanmış sığorta haqları 31% və ya 5 milyon 162 min manat azalıb, könüllü qeyri-həyat sığortaları üzrə hesablanmış sığorta haqları isə 10,7% və ya 5 milyon 892 min manat artıb. Cəmi könüllü sığortalar üzrə toplanmış sığorta haqlarının cüzi artmasına könüllü qeyri-həyat sığortaları üzrə yığımların artması səbəb olub. Könüllü qeyri-həyat sığortaları üzrə artımın böyük hissəsini könüllü həyat sığortası üzrə bazarın azalması silib.
Həyatın yığım sığortasına ödənilən sığorta haqlarının 50%-nin gəlir vergisindən azad edilməsi məhdudiyyəti könüllü həyat sığortasına mənfi təsir göstərib. 2019-cu ilin yanvar ayında könüllü həyat sığortaları üzrə 11 milyon 540 min manat sığorta haqları hesablanıb. Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 31% azdır. Ötən ilin Yanvar ayında 16 milyon 702 min manat sığorta haqları toplanmışdı. 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında həyatın yaşam sığortası (və ya həyatın yığım sığortası) 4 milyon 260 min mnata və ya 34% azalıb. Ötən ilin yanvar ayında həyatın yaşam sığortası üzrə 12 milyon 623 min manat sığorta haqları hesablanmışdı.
Ümumiyyətlə, 2019-cu ilin Yanvar ayında sığorta bazarı əsasən icbari sığortaların hesabına artıb.
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında icbari sığortalar üzrə hesablanmış sığorta haqları 4 milyon 705 min manat və ya 43% artaraq 15 milyon 606 min manat təşkil edib.
İcbari həyat sığortası olan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə hesablanmış sığorta haqları 1 milyon 767 min manatdan 2 milyon 242 min manata yüksəlib (27% artım).
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesablanmış sığorta haqları 18,1%, daşınmaz əmlakın icbari sığortası isə 67,5% artıb.
Könüllü sığortalar üzrə hesablanmış sığorta haqlarının 730 min manat və icbari sığortalar üzrə hesablanmış sığorta haqlarının isə 4 milyon 705 min manat artması yanvarda cəmi sığorta bazarının 5 milyon 435 min manat və ya 6,6% artımla 88 milyon 194 min manat təşkil etməsini təmin edib. Artımın 86,5%-i icbari sığortaların payına düşüb.
2017-ci ilin Yanvar ayı ilə müqayisədə 2018-ci ilin Yanvar ayında cəmi sığorta bazarı 12 milyon 40 min manat və ya 17% artaraq 82 milyon 760 min manat təşkil etmişdi. Artım tamamilə könüllü sığorta bazarı hesabına baş vermişdi. Həmin vaxt icbari sığortalar üzrə hesablanmış sığorta haqları azalmışdı.
min manatla
| Sığorta haqları Yanvar 2019 | Sığorta ödənişləri Yanvar 2019 | Sığorta haqları Yanvar 2018 | Sığorta ödənişləri Yanvar 2018 |
İcbari sığortalar üzrə - cəmi: | 15606 | 6362 | 10 901,2 | 4 995,3 |
o cümlədən: |
|
|
|
|
Həyat sığortası üzrə | 2242 | 390 | 1 767,0 | 446,7 |
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta | 2242 | 390 | 1 767,0 | 446,7 |
Qeyri-həyat sığortası üzrə, o cümlədən | 13363,9 | 5972 | 9 134,2 | 4 548,6 |
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası | 6511,3 | 5432 | 5 513,5 | 4 054,2 |
daşınmaz əmlakın icbari sığortası | 5947,4 | 306,6 | 3 550,0 | 62,6 |
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası | 823,6 | 67,3 | 0,0 | 292,6 |
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası | 618,75 | 0,0 | 0,0 | 117,1 |
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası | 5,9 | 0,0 | 44,5 | 22,0 |
sərnişinlərin icbari fərdi qəza sığortası | 0,0 | 166,1 | 25,8 | 0,0 |
auditorların peşə məsuliyyətinin icbari sığortası | - | - | 0,4 | 0,0 |
nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası | - | - | 0,0 | 0,0 |
dövlət qulluqçuların icbari sığortası | - | - | 0,0 | 0,0 |
diplomatik nümayəndələrin icbari sığortası | - | - | 0,0 | 0,0 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
8 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"


















