Lombard kreditləri üzrə vasitəçilər yaranıb - AÇIQLAMA
"Son zamanlar “Finex Kredit” Bank Olmayan Kredit təşkilatı adından fiziki şəxslərə müxtəlif formada vasitəçilik xarakterli xidmətlər təklif olunur. O cümlədən qızıl-zinət əşyalarının girovu ilə lombard kreditləri üzrə vasitəçilik xarakterli təkliflər barədə bizə məlumatlar daxil olmuşdur".
"Marja" xəbər verir ki, bu barədə Şirkətin açıqlamasında deyilir.
“Finex Kredit” BOKT ASC bəyan edir ki, öz xidmətlərini yalnız rəsmi qeydiyyatdan keçmiş filialları və mərkəzi ofisi vasitəsi ilə təqdim edir:
"Əhalidən bu cür təkliflər barədə dərhal 050 228 92 86, 050 228 92 40 telefon nömrələrinə və yaxud rəsmi internet səhifəmizə məlumat vermələri xahiş olunur.
Əlavə olaraq qeyd edirik ki, “Finex Kredit” Bank Olmayan Kredit təşkilatı öz fəaliyyətini mövcud qanunvericiliyə, müasir maliyyə standartlarına və müştəri məmnunluğuna uyğun qurmuşdur. Şirkət bütün fəaliyyəti dövrü ərzində beynəlxalq auditdən keçərək fəaliyyətinin nəticələrinin şəffaf şəkildə müvafiq qaydada tərəfdaşlarına və nəzarət orqanlarına təqdim edir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 34 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
19 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
























