Brent nefti 1.5 ildə ilk dəfə 50 dollardan aşağı düşdü
Brent nefti, maliyyə bazarlarındakı qarışıqlıq və təklif narahatlıqları ilə 2017-ci ilin İyul ayından bu yana ilk dəfə 50 dollardan aşağı düşüb.
"Marja" xəbər verir ki, qlobal maliyyə bazarlarda qeyri-müəyyənlik hakimdir, səhmlər ucuzlaşır. Digər tərəfdən, ABŞ-da yüksək səviyyələrdəki istehsalın OPEC + koalisiyasının hasilatı azaltmasını faydasız edəcəyi də gözlənilir.
Rusiyanın energetika naziri Aleksandr Novak, OPEC və tərəfdaşlarının hasilatlarını azaltdıqlarına görə bazarın 2019-un ilk yarısında daha sabit olacağını və vəziyyətin pisə dəyişməsi halında istehsalçıların reaksiya verəcəyini söyləyərək investorlara güvən verməyə çalışıb.
Digər tərəfdən, ABŞ səhmləri ayı bazarına girməyə çox yaxındır.
Neft qiymətləri, təklif bolluğu gözləntisi ilə, Oktyabr ayında gördüyü 4 ilin ən yüksək səviyyəsindən (86 dollar) 40%-dən çox düşüb. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşları bu ayın əvvəlində 2019-cu ilin Yanvarından hasilatın 1.2 milyon barel azaldılmasına qərar veriblər. Digər tərəfdən ABŞ-da neft hasilatı rekord səviyyələrdə qalır. Bu səbəbdən investorlar OPEC+ koalisiyasının hasilatı azaltmasının təklif artıqlığını aradan qaldıra biləcəyindən şübhələnirlər.
Həmçinin, ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsi və Fed-in faiz siyasəti qlobal iqtisadiyyata dair bədbinliyi artırır.
Analitiklər bildirirlər ki, neft bazarında bir neçə aşağı istiqamətli amil var və vəziyyət yaxın zamanda yaxşılaşmayacaq. Mövcud "ayı" bazarı yəqin ki, bir müddət davam edəcəkdir. Neft qiymətləri OPEC + koalisiyasının əlavə spesifik tədbirlər (hasilatın daha çox azaldılması) elan etməsi halında yüksələ bilər.
Brent nefti Londonda "ICE Futures Europe" birjasında 49.93 dollara qədər düşdükdən sonra itkilərinin bir qismini geri alaraq 50.19 dollara qalxıb. Qərbi Texas nefti (WTI) isə 42.78 dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)








