Audi Q8-lərin sayı şəhərdə günü-gündən artır
(®) Audi Q8 krossoverlərin sayı şəhərdə günü-gündən artır. Bu modelin idman üslublu dizaynı və müasir görünüşü bizim də diqqətimizi cəlb etdi. Avtomobilin premyerasından sonra bu model barədə ətraflı məlumat almaq üçün Audi Bakı Mərkəzinə üz tutduq. Deyilənə görə bu 4- qapılı Coupe SUV Audi brendinin ilk Coupe SUV avtomobilidir.
İdman üslublu hibrid krossoverin konsepti ilk olaraq ABŞ-da təqdim olunmuşdu. Modelin ilk premyerası isə may ayında Çində baş tutdu. Modelin dizanı Audi-nin məşhur avtomobil dizayneri Mark Lixte tərəfindən hazırlanmışdır. Dizaynı ərsəyə gətirən almanlar Q8-i 1980-ci illərin Audi S1 Quattro modelinə bənzətdilər.
Avtomobilin güclü və əzələli silueti güclü və dinamik xarakterli krossoverin xüsusiyyətlərini əks etdirir. İlk olaraq saytda göstərilən texniki göstəricilər bölməsində görürük ki, bu model 340 at gücü və 500 Nm hasil edən güclü 3.0 L həcmində V6 TFSİ mühərriyinə malikdir, 0-100 sürətlənmə isə - 5.9 san. baş verir. Qeyd edək ki, Azərbaycana ancaq benzin mühərrikli modellər gətizdirilir. Audi brendinin illərdi ki ”imza” xüsusiyyəti olan daimi tam çəkimli “quattro” bu avtomobili həm şəhər, həm də yolsuzluq şəraiti üçün mükəmməl edir.
Keçək ən maraqlı hissəyə - interyerə. Sükan arxasına əyləşəndə ilk olaraq diqqətimizi qara parlaq panel və MMİ touch ekranlar çəkir, üstəlik Audi-nin yüksək keyfiyyətli dəri materialların ətri salonda xüsusi abu hava yaradır. Qaranlıqda isə salonun rəngli kontur işıqlanması insanın əhval ruhiyəsini qaldırır.
Bəli əminliklə demək olar ki, Audi Q8 həqiqətəndə mövcud Coupe SUV modellərin asrasında ən geniş və ən son texnoloji xüsusiyyətlər ilə təchiz olunan modeldir. Audi Bakı Mərkəzinin təmsilçilərinin dediyinə görə yenicə təqdimatı olan Audi Q8 qısa müddətdə satış rekordları vurdu.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)
.jpg)








.jpg)




