Gələn ildən maaşımdan nə qədər vergi tutulacaq? - YENİ NÜMUNƏLƏR
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər işçilərin əməkhaqqı ödənişləri üzrə ciddi yeniliklər vəd edir
Əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə Vergi Məcəlləsinə fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə olunan gəlirlərinə vergi güzəştlərini nəzərdə tutan müddəalar daxil edilib. Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid müəssisələrdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi tutulmayacaq. Gəlirin məbləği 8.000 manatdan çox olduqda, 8.000 manatdan yuxarı məbləğin 14 faizi miqdarında vergi hesablanacaq. Bu kateqoriyadan olan şəxslərdən verginin güzəştli qaydada tutulması 2019-cu il yanvarın 1-dən 7 il müddətinə qüvvədə olacaq.
Dəyişiklik hər şeydən əvvəl əmək münasibətlərinin rəsmiləşdirilməsinə xidmət edəcək. Çünki bir çox hallarda işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrində əməkhaqqını dəfələrlə aşağı məbləğdə rəsmiləşdirir və faktiki olaraq vergidən yayındırılan dövriyyə hesabına işçilərə əlavə (qeyri-rəsmi) əməkhaqqı ödəyirlər. Təhlillərdə belə halların yaranmasının əsas səbəbi kimi işəgötürənin vergi və sosial sığorta yükünün ağırlığı göstərilir. Vergi Məcəlləsinə dəyişikliklər isə işəgötürənlərin bu yükünü əhəmiyyətli şəkildə yüngülləşdirir. Dəyişikliyə əsasən 8.000 manatadək əməkhaqqı alan şəxslərdən gəlir vergisi 0 faiz dərəcə ilə hesablanacaq ki, bu da işəgötürənlərin real əməkhaqqını düzgün bəyan etməsinə şərait yaradacaq.
Bəs bu dəyişikliklərdən sonra özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün azalması özünü nədə göstərəcək? Muzdlu işçilər bu dəyişiklikləri əldə etdiyi əməkhaqqının məbləğində hiss edə biləcəklərmi?
Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirdən 14 faiz gəlir vergisi tutulur. «Sosial sığorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulub. Bundan başqa, əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta ödənişi hesablanır.
Mövcud qanunvericiliyə görə, əməkhaqqı 2500 manata qədər olduqda, əməkhaqqından ölkə üzrə yaşayış minimumu (173 manat) çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi hesablanır. Məsələn, aylıq maaşı 400 manat olan müəllimin əməkhaqqından tutulan gəlir vergisini və yekunda alacağı məvacibi hesablayaq:
Gəlir vergisi - (400-173) = 227 x14% = 31,78 manat.
Sosial sığorta - 400 x 3% = 12 manat.
İşsizliyə görə sığorta haqqı - 400x 0,5% = 2 manat
(400 manat - 31,78 manat -12 manat - 02 manat) = 354,22 manat.
Beləliklə, aylıq maaşı 400 manat olan müəllimin əməkhaqqından vergilər tutulduqdan sonra alacağı məbləğ 354,22 manat olacaq.
Ümumilikdə isə gələn ildən əməkhaqqından tutulan gəlir vergisi və sosial sığorta ödənişləri yeni qaydalarla hesablanacaq. Həm Vergi Məcəlləsinə, həm də «Sosial sığorta haqqında» Qanuna edilən dəyişikliklər işçilərin əməkhaqqından tutulan gəlir vergisi və sosial ayırmalara dair yeni yanaşma nəzərdə tutur. Artıq Milli Məclisdə qəbul edilmiş dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən əməkhaqqı sistemində ciddi güzəştlər olacaq. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdlu işçilər aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisindən tam azad edilir, 8.000 manatdan yuxarı hissədən isə 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Bundan başqa, mülkiyyət növündən asılı olmayaraq bütün vergi ödəyiciləri üçün muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manata artırılıb.
«Sosial sığorta haqqında» Qanuna əməkhaqqından hesablanan məcburi dövlət sosial sığorta ayırmaları ilə bağlı təklif edilən dəyişikliklər aşağıdakı cədvəldə göstərilib.
Cədvəldən göründüyü kimi, əməkhaqqı fondundan tutulan cəmi sosial ayırma bütün hallarda 25 ((22+3) və ya (10+15)) faiz olacaq. Əməkhaqqından tutulan gəlir vergisi və sosial sığorta ödənişləri ilə bağlı dəyişikliklərin işçilərin əldə etdiyi real gəlirlərinə təsirinin izahını aşağıda verilmiş cədvəldəki misallarla təqdim edirik.
Qeyd edək ki, bu cədvəl 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərə aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb























