Niyə qiymətli kağızlar bazarını seçməli?
Ümumi məlumat
İlk növbədə qeyd edək ki, qiymətli kağızlar bazarı iqtisadiyyatın əsasını təşkil edən sahələrdən biridir. Qiymətli kağızlar bazarı digər maliyyə sektorlarından əhatə dairəsinin genişliyi, zəngin investisiya imkanları və bir çox digər xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, dünya maliyyə bazarları (qiymətli kağızlar bazarı) sadə vətəndaşlara belə minlərlə şirkətlərin qiymətli kağızlarını alıb-satmaq, bu ticarətlərdən gəlir qazanmaq imkanını yaradır. Bununla yanaşı, qiymətli kağızlar bazarı kapital cəlb etmək üçün şirkətlərə də əlverişli alternativ imkanlar təklif edir.
Azərbaycan qiymətli kağızlar bazarına qısa baxış
Azərbaycanda qiymətli kağızlar bazarının yaradılması daha əvvəlki dövrü əhatə etsə də, onun inkişafı əsas olaraq 2000-ci illərin əvvəllərindən başlamışdır. Belə ki, bu dövrdə ticarətin daha təhlükəsiz və şəffaf təşkili üçün Bakı Fond Birjası yaradılmış, həmçinin alqı-satqı əməliyyatları üzrə hesablaşmaların etibarlı təşkili, qiymətli kağızların qeydiyyatı və saxlanması üçün Milli Depozit Mərkəzinin fəaliyyət istiqamətləri daha da genişləndirilmişdir. Ölkəmizdə qiymətli kağızlarla ticarət isə yalnız xüsusi lisenziyaya malik olan İnvestisiya şirkətləri vasitəsilə həyata keçirilir. Hal-hazırda qiymətli kağızların alqı-satqısı üçün ölkə vətəndaşlarımıza bütün lazımi imkanlar yaradılmışdır və bütün bu proseslər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir.
Bəs qiymətli kağızlar bazarının investorlar üçün üstünlükləri nələrdir?
Bəziləri investor dedikdə yalnız böyük həcmdə vəsaitə malik olan təcrübəli və zəngin insanları təsəvvür edirlər. Əslində isə bu, belə deyildir. Sahib olduğu pul və ya digər vəsaitlərin gələcəkdə daha da artımı məqsədilə yatırım edən hər bir kəs investordur. Bu baxımdan müəyyən həcmdə olan kiçik miqdarda vəsaitlə də qiymətli kağızları əldə etmək və gəlir qazanmaq mümkündür. Ümumilikdə isə qiymətli kağızlar bazarının investorlar üçün üstünlükləri kimi aşağıdakıları qeyd edə bilərik:
Daha geniş investisiya imkanları- Qeyd etdiyimiz kimi, qiymətli kağızlar bazarının əhatə dairəsi daha genişdir. Banklardan fərqli olaraq, siz depozit qoyub yalnız əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə sabit gəlirinizi gözləmək məcburiyyətində deyilsiniz. Siz hər hansı gəlirlə fəaliyyət göstərən şirkətin səhmini alaraq, həmin şirkətin gəlirlərinə “şərik” ola bilərsiniz. Yaxud risk etməkdən çəkinirsizsə, həm dövlət, həm də korporativ istiqrazlara yatırım edə bilər və ya vəsaitlərinizi sadəcə olaraq peşəkar maliyyəçilərə idarəetməyə verə bilərsiniz.
Yüksək gəlirlilik imkanları- Hal-hazırda ölkəmizin qiymətli kağızlar bazarında yetərincə yüksək gəlir təklif edən istiqrazlar mövcuddur. Misal üçün, hal-hazırda ABŞ dollarında depozitlər üzrə orta faiz dərəcəsi 3-3.5 olduğu halda, SOCAR istiqrazları daha yüksək gəlirliliyə (illik 5%) malikdir. Həmçinin qiymətli kağızlar bazarında gəlirlilik yalnız şirkətlərin təklif etdiyi faizlərdən formalaşmır. Belə ki, siz qiymətli kağızları daha baha qiymətə sataraq da gəlir əldə edə bilərsiniz. Həmçinin qiymətli kağızlar bazarı vasitəsilə xarici bazarlara çıxış əldə etməklə də gəlirinizi artıra bilərsiniz.
Risklərin idarəedilməsi imkanları- Yatırım imkanlarının genişliyi, təbii ki, risklərin də minimumlaşdırılmasına imkan yaradır. Belə ki, bütün vəsaitlərinizin yalnız bir mənbəyə, məsələn: hər hansı bir banka depozit kimi yerləşdirməniz sizi həmin bankın fəaliyyətindən bir növ asılı vəziyyətə salır. Lakin qiymətli kağızlar bazarında investisiya imkanlarının çoxşaxəli olması bu asılılığı və riskləri minimumlaşdırır. Çünki siz vəsaitlərinizi müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin qiymətli kağızlarına yatıra bilər və beləliklə hər hansı qiymətli kağızlar üzrə zərərlə üzləşsəz də, digər qiymətli kağızdan əldə olunan gəlirlə riskinizi azalda bilərsiniz. Qeyd edək ki, qiymətli kağızlar bazarı sizə valyuta zərərlərinizi minimumlaşdırmağa imkan verir.
Təbii ki, bu siyahını daha da artırmaq olar, lakin təkcə yuxarıda qeyd olunanlar da qiymətli kağızlar bazarının investorlar üçün necə əhəmiyyətli olduğunu göstərə bilir.
Məqalə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən hazırlanaraq “Marja”ya təqdim edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
-
-
6 saat əvvəl
SEPAH Körfəzdə İsrailə məxsus neft tankerini vurduğunu iddia edir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
-
8 saat əvvəl
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
-
9 saat əvvəl
Leysan yağışlarından ildə cəmi 99 AZN ödəməklə zərərsiz çıxmaq mümkündür. Necə?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Az əvvəl İranda yeni rejimin prezidenti ABŞ-dan atəşkəs istədi. Hörmüz boğazı açılarsa, atəşkəsi qiymətləndirəcəyik"
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
Əraqçi: İran atəşkəsi qəbul etmir
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan Avropa ölkəsinə karbamid ixracını kəskin artırıb
İki qlobal brend bir arada: 1 qərar, 2 şedevr!
Ən çox oxunanlar
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək







.webp)


.jpg)







