“Embafinans” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
29 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BOKT Embafinans” MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazlar BFB-də standart bazar seqmentində listinqə daxil edilib.
Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, 3 dekabr 2018-ci il tarixində “BOKT Embafinans” MMC-nin 1 milyon manat həcmində istiqrazlarının ticarəti Bakı Fond Birjasında bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Qeyd edək ki, bundan əvvəl ikinci tranşda 2 milyon manatlıq istiqrazın yerləşdiriləcəyi bəyan edilmişdi.
İstiqrazların tədavül müddəti 1 ildir (365 gün) və illik faiz dərəcəsi 10.5% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər 1 təqvim ayından bir ödəniləcəkdir.
Qeyd etmək istərdik ki, “BOKT Embafinans” MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları 8 oktyabr 2018-ci il tarixində BFB-də ticarətə buraxılmışdır.
İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance İŞ” QSC-dir.
Xəbər verdiymiz kimi, Bank olmayan kredit təşkilatı “Embafinans” MMC ilk dəfə istiqraz emissiya edib. 4 milyon manatlıq buraxılış hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd faizli təminatsız, sənədsiz adlı istiqrazdan ibarətdir. Emissiya Prospektində qeyd edilib ki, istiqrazların investorlara təklifi (yerləşdirilməsi) iki tranşla nəzərdə tutulur. İlk 2 milyon manatlıq tranş Oktyabrın 8-də yerləşdirilib. Dekabrın 3-də 2-ci tranşda 1 milyon manatlıq istiqrazın yerləşdirilməsi, qalan 1 milyon manat üçün də 3-cü tranş yerləşdirməninn olacağını deməyə əsas verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)


