Vergilər Nazirliyi: Bölgələrdən toplanan vergi 16% artıb
2018-ci ilin ilk 10 ayı ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 576,7 milyon manat vəsait daxil olub.
Vergilər Nazirliyindən verilən məlumata görə, bununla proqnoz tapşırığına 111,6% əməl edilib.
Hesabat dövründə yerli mənbələr hesabına, yəni mərkəzləşdirilmiş qaydada ödənilən vəsaitlər istisna olmaqla, bölgələrdən 431,4 milyon manat (16,2% artıq) vergi toplanılıb. Qeyri-neft sektoru üzrə ÜDM-in 1%-lik real artımı fonunda ərazi vergi orqanlarında yerli mənbələr üzrə vergi daxilolmaları 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7% çoxalıb.
“Regionlarda vergi daxilolmalarının strukturuna diqqət yetirdikdə, özəl sahibkarlıq subyektlərinin xüsusi üstünlüyünü görmək mümkündür. Azad biznesə dövlət dəstəyi tədbirlərinin artırılması, vergi güzəştlərinin tətbiqi, vergi inzibatçılığının sadələşdirilməsi və vergi yükünün optimallaşdırılması özəl sektorun payının həm iqtisadi layihələrdə, həm də dövlət büdcəsinə ödənilən vergilərin həcminin artmasında özünü göstərməkdədir. Regionlar üzrə dövlət büdcəsinə daxil olan vergilərin 74,7%-dən çoxu qeyri-dövlət sektoruna aiddir”, - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün şəhər və rayonlar, o cümlədən öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən 32 şəhər və rayon üzrə büdcə proqnozları yerinə yetirilib. Real sektorda vergi daxilolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb. Regionlardan daxil olan vergilərin, demək olar ki, bütün tədiyyələr üzrə əhəmiyyətli dərəcədə artımı qeydə alınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi üzrə 3,8%, mənfəət vergisi 42,5%, gəlir vergisi üzrə 10,1%, aksizlər üzrə 67,3%, sadələşdirilmiş vergi üzrə isə 22,5% artım qeydə alınıb.
“2019-cu ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayının 34-ə çatdırılması nəzərdə tutulub. Bu amil bir daha regionların inkişafı ilə bağlı yürüdülən siyasətin mühüm göstəricisi kimi rayonların iqtisadi potensialının artırılması, maliyyə xərclərinin və investisiya layihələrinin yerli resurslar hesabına həyata keçirilməsi, bölgələrdə fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarından istifadə olunması və vergi ödəmə imkanlarının artması ilə bağlıdır”, - deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, regionlarda təmin edilmiş əlverişli biznes və vergi mühiti, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin artırılması, yeni vergitutma mənbələrinin yaranması, iqtisadiyyatın indiyədək vergitutma bazasına cəlb edilməmiş ayrı-ayrı sahələrindən vergilərin hesablanması ötən 10 ay ərzində qeyri-neft bölmələrinin bütün sahələrində vergi yığımlarının artımına imkan verib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye üzrə daxilolmalarda 8,2%, ticarət üzrə 19,6%, xidmət sahəsi üzrə 18,6%, kənd təsərrüfatı üzrə 57,6% artım qeydə alınıb.
2018-ci ilin ilk 10 ayı ərzində regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin sayında da əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Ərazi vergi orqanları üzrə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 606 min 286 nəfərə çatıb ki, bu da respublika üzrə ödəyicilərin 63,4%-ni təşkil edir. Onlardan 11 min 404-ü əlavə dəyər vergisinin ödəyiciləridir: "Cari ilin yanvar-oktyabr aylarında ərazi vergi orqanlarında yeni qeydiyyata alınmış və fəaliyyəti bərpa edilmiş təsərrüfat subyektlərinin ümumi sayı fəaliyyətini dayandırmış və ləğv olunmuş obyektlərin sayının cəmindən 76% çox olub ki, bu da regionlarda biznes mühitinin yaxşılaşmasının mühüm göstəricisi hesab edilə bilər".
Kiçik və orta sahibkarlıq subyektlərində yoxlamaların sayının minimuma endirilməsi, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə regionlarda qeydiyyatda olan vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının sayı ötən 10 ayda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 57% azalıb.
“Cari ildə vergi orqanları tərəfindən aparılmış mühüm tədbirlərdən biri kassa çeki ilə bağlı maarifləndirici xarakterli təşviqat işlərinin həyata keçirilməsidir. Monitorinqlər zamanı vergi ödəyiciləri kassa çeki, qəbz və digər ciddi hesabat blanklarının təqdim edilməsinin vacibliyi, qanunvericiliyin tələblərinə əməl edilməsi və tələblərin pozulması ilə bağlı yaranan məsuliyyət haqqında məlumatlandırılıblar. Aparılan monitorinqlər, eyni zamanda istehlakçılar arasında keçirilən təşviqedici tədbirlər bu sahədə müsbət dəyişikliklərə səbəb olub. NKA quraşdırılmış təsərrüfat subyektləri üzrə cari ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7% artıb”, - deyə məlumatda vurğulanıb.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
3 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
3 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
3 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
3 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İkiqat bayram! - Qurban Bayramında BÖYÜK endirimlər!
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
Ən çox oxunanlar
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb






.jpg)
















.jpg)