Yumurta istehsalı azalıb - RƏSMİ
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 51,4 min hektar əkin sahəsinin 1 miluon 49,1 min hektarı biçilmiş və həmin sahələrdən 3 milyon 57,7 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülmüşdür. "Marja" xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Orta hesabla hər hektardan 29,1 sentner məhsul əldə edilmişdir. Bundan əlavə, 31,6 min hektar dən üçün qarğıdalı sahəsindən 202,0 min ton məhsul toplanmış, hər hektardan orta hesabla 64,0 sentner qarğıdalı dəni götürülmüşdür.
Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 259,7 min ton olmuşdur.
2018-ci il noyabr ayının 1-nə kimi sahələrdən 1 milyon 390,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz çox tərəvəz, 885,5 min ton (keçən ilki qədər) kartof, 401,6 min ton (8,2 faiz az) bostan məhsulları, 804,1 min ton (11,7 faiz çox) meyvə və giləmeyvə, 146,3 min ton (7,8 faiz çox) üzüm, 845,2 ton (20,2 faiz çox) yaşıl çay yarpağı, 271,7 min ton (1,5 faiz az) şəkər çuğunduru, 188,0 min ton (21,8 faiz çox) pambıq, 24,1 min ton (19,4 faiz az) dən üçün günəbaxan, 4,8 min ton (6,6 faiz çox) tütün yığılmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq 1 milyon 720,1 min ton, yumurta istehsalı 2,1 faiz azalaraq 1 milyard 416,5 milyon ədəd və yun istehsalı 1,0 faiz azalaraq 15,7 min ton olmuşdur.
2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,0 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 7,4 faiz artmışdır
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
44 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib





















