"Dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil"
Xəbər verdiyimiz kimi, 2019-cu ildən etibarən Vergi Məcəlləsində mühüm dəyişikliklər gözlənilir. Belə ki, aylıq əməkhaqqı 8 000 manatadək olan qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir. Güzəştlərin 7 il müddətinə tətbiq olunması gözlənilir.
İqtisadiyyatçı ekspert Natiq Cəfərli Məcəllədə nəzərdə tutan dəyişiklikləri şərh edən zaman bildirib ki, bunu kifayət qədər inqilabi dəyişiklik adlandırmaq olar:
“Ölkəmizdə əmək müqaviləsi ilə çalışan 1 milyon 600 minə yaxın insan var. Onların təqribən 650 minə yaxını məhz qeyri-neft sektorunda, yəni özəl sektorda çalışır. Əvvəllər həmin şəxslər ortalama 14% gəlir vergisi ödəyirdi. Yeni dəyişikliklərə əsasən 8 min manatadək maaş alanlar üçün həmin gəlir vergisi sıfırlanacaq. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində olması nəzərdə tutulub. Ölkəmizdə də 8 min manatdan yuxarı maaş alan çox cüzi bir kəsim var. Ona görə deyə bilərik ki, dəyişiklik böyük bir kütləyə şamil ediləcək”.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
İqtisadçının sözlərinə görə, güzəşt vergisinin ləğv olunmasının yeganə əvəzi kimi vətəndaşlara sosil müdafiə fonduna olan ödənişlərin artırılması nəzərdə tutulub:
“Əvvəllər maaşın 3 faizi Sosial Müdafiə Fonduna köçürülürdü. Dəyişikliklərə əsasən isə 200 manatdan yuxarı maaş alanlar 6 manat üstəgəl maaşlarının 200 manatdan yuxarı olan hissəsinin 10 faizini Fonda ödəniləcək. Gəlir vergisinin ləğv olunması insanların maaşlarında müəyyən artıma səbəb olacaqdısa, Fonda olan ödənişlərin artımı bunu kompensasiya edəcək. Yəni dəyişiklik tamamilə vergilərdən azad olunmaq demək deyil.
Daha aydın olması üçün bir misal da çəkək.
Azərbaycanda ortalama maaş 560 manata yaxındır. Bu rəqəmi 500 manat götürək. 500 manat maaş alan işçi gəlir vergisindən tamamilə azad olunacaq. Amma 200 manata görə Sosial Müdafiə Fonduna ödədiyi 6 manat + 300 manatın 10%-i 30 manat, toplamda 36 manat Fonda pul ödəyəcək. Ancaq yenə də, güzəştli vergilərin ləğvi, insanların cibində bir qədər artıq pul qalmasına səbəb olacaq”.
N. Cəfərli son olaraq onu da qeyd edib ki, Fonda ödənişlərin artımın əsas səbəbi də gələn il bu qurumun tamamilə dövlət büdcəsindən ayrılmasının nəzərdə tutulmasıdır:
“Bu, 2012-ci ildə baş verməli idi, ancaq maaşların rəsmiləşdirilməsi prosesində problemlər yaşandığı üçün baş verməmişdi. Fonda dövlət büdcəsindən ayrılan vəsaitlər azaldılacaq, əvəzində vətəndaşlardan tutulan vəsaitlər artırılacaq.
Güzəştli vergilərin ləğvinin təbii ki, büdcəyə təsiri olacaq. Ancaq ciddi bir dəyişikliyin olması gözlənilmir. Dövlət büdcəsinə təqribən 150 milyon manat az vergilər şəklində vəsait daxil olacaq. Ancaq Fonda 70-80 milyon əlavə vəsaitin daxil olması gözlənilir. Bu da, az da olsa ödənişləri kompensasiya edəcək”.
Qeyd edək ki, işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© “Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb





















