Dövlət bankında müştərilərə verilən kreditlər artıb
“Azər-Türk Bank” ASC 2018-ci ilin 9 ayını təxminən 120 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin eyni dövrünü 128 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Azər Türk Bank”ın cəmi gəlirləri 20 milyon 427 min manat (faiz gəlirləri 12 milyon 722 min manat, qeyri-faiz gəlirləri 7 milyon 628 min manat, digər gəlirlər 77 min 156 ) təşkil edib. Bundan başqa əvvəlki illər yaradılmış ehtiyatın 1 milyon 289 min manatı azad olub və gəlirə əlavə edilib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra, Bank, 9 ay üzrə 13 milyon 798 min manat əməliyyat gəliri əldə edib. 13 milyon 678 min manat inzibati xərclər əməliyyat gəlirinin böyük hissəsini silib. Nəticədə bank hesabat dövrünü 120 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin 9 ayında “Azər-Türk Bank”ın cəmi gəlirləri 20 milyon 201 min manat (faiz gəlirləri 12 milyon 688 min manat, qeyri-faiz gəlirləri 7 milyon 513 min manat) təşkil etmişdi.
AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ ARTIB
30 Sentyabr 2018-ci il tarixində “Azər-Türk Bank” 314 milyon 813 min manat cəmi aktivlərə, 261 milyon 394 min manat cəmi öhdəliklərə və 53 milyon 419 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində “Azər-Türk Bank” 295 milyon 206 min manat cəmi aktivlərə, 241 milyon 767 min manat cəmi öhdəliklərə və 53 milyon 440 min manat cəmi balans kapitalına malik idi.
Müqayisə olunan dövrdə müştərilərə verilən kreditlər 115 milyon 490 min manatdan 153 milyon 415 min manat yüksəlib (32,8% artım).
30 Sentyabr 2018-ci il tarixində “Azər -Türk Bank” 52 milyon 427 min manat məcmu kapitala malik olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu







.jpg)




.jpg)





