Ödəniş kartlarında 2018-in rekordu
2018-ci ilin Sentyabr ayının sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 357 min ədəd təşkil edib.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Avqust ayı ilə müqayisədə Sentyabrda cəmi ödəniş kartlarının sayı 133 min ədəd artıb. Bu, 2018-ci ildəki ən böyük aylıq artımdır. Belə ki, Yanvarda artım 20 min ədəd, Fevralda 70 min ədəd, Martda 43 min ədəd, Apreldə 89 min ədəd, Mayda artım 50 min ədəd, İyunda 40 min ədəd, İyulda 62 min ədəd, avqustda isə 50 min ədəd təşkil etmişdi.
Avqust ayı ilə müqayisədə Sentyabrda sosial kartların sayı 42 min ədəd artaraq 2 milyon 547 min ədədə, əməkhaqqı kartlarının sayı 11 min ədəd artaraq 1 milyon 941 min ədədə çatıb. Digər debet kartlarının sayı 29 min ədəd artaraq 982 min ədədə, kredit kartlarının sayı isə 51 min ədəd artaraq 887 min ədədə qalxıb.
Ötən ilin sonu ilə müqayisədə isə bu ilin 9 ayı ərzində cəmi ödəniş kartlarının sayı 557 min ədəd, o cümlədən sosial kartların sayı 12 min dədə, əmək haqqı kartlarının sayı 114 min ədəd, kredit kartlarının sayı 264 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 167 min ədəd artıb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
9 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"



























