Bakı-Minsk marşrutu üzrə saziş imzalandı
2018-ci ilin oktyabrında “Belavia Aviaşirkəti” ASC və “Azərbaycan Hava Yolları” (AZAL) 2018-ci il oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (kod-şerinq) haqqında ikitərəfli saziş imzalamışdırlar.
Sazişə əsasən “Belavia Aviaşirkəti” Minsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, "Azərbaycan Hava Yolları" isə marketinq tərəfdaşı qismində çıxış edəcək. Beləliklə, oktyabrın 28-dən etibarən bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün В2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək.
Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.
“Belavia Aviaşirkəti” – bizim çoxdankı və etibarlı tərəfdaşımızdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olmuşdur. Əminəm ki, AZAL və “Belavia”-nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq", “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə qeyd etmişdir.
Minsk-Bakı-Minsk reysinin birgə istimarı haqqında imzalanmış saziş tranzit bazasının genişləndirilməsi, aviaşirkətlərin öz məhsullarını təşviq etmək üçün marketinq imkanlarının artırılması sayəsində Minsk və Bakı aeroportlarından tranzit ilə səyahət edən hər iki aviaşirkətin sərnişinləri üçün cəlbediciliyi xeyli artıracaq. Hər iki aviaşirkət iki ölkənin paytaxtlarının hava limanlarından istifadə edəcək tranzit sərnişinlərin əhəmiyyətli artımını planlaşdırır.
“Biz çoxdankı tərəfdaşımız “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə əməkdaşlığın davam etdirilməsi və xeyli genişləndirilməsinə çox şadıq. İnanırıq ki, bu əməkdaşlıq hər iki aviaşirkətin xeyrinə olacaq. Bu saziş sayəsində hər iki aviaşirkətin sərnişinləri səyahət üçün daha çox variant və imkanlar qazanacaqlar, həmçinin daha rahat transfer imkanından istifadə edə və daha cəlbedici qiymətə aviabilet əldə edə biləcəklər. Əgər əvvəllər “Belavia” və AZAL öz sərnişinlərinə Minsk və Bakı arasında həftədə iki dəfə uçuş təklif etmək imkanına malik idisə, indi hər iki aviadaşıyıcı həftədə dörd dəfə uçmaq imkanını təmin edəcək. Bundan əlavə, AZAL və “Belavia”-nın birgə reysi Belarus və Azərbaycan arasında davamlı əlaqələri möhkəmləndirəcək", - deyə “Belavia Aviaşirkəti” ASC-nin baş direktoru Anatoli Qusarov bildirmişdir.
Sözügedən kod-şerinq reysi üzrə aviabiletləri hər iki tərəfdaş aviaşirkətin saytlarında - Belavia.by və azal.az saytlarında əldə etmək mümkün olacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























