"Yeni platforma yaradılıb, 5 faizlə kredit veririk"
Artıq aqrar fəaliyyətlə məşğul olan fermerlərin güzəştli kredit əldə etməsi üçün banka getməyə ehtiyac yoxdur. Fermerlər onlayn müraciət etməklə kredit əldə edə bilərlər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
M.Əliyev qeyd edib ki, bununla bağlı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında yeni platforma yaradılıb.
Sistemdə maliyyə vəsaitinə ehtiyacı olan fermerin elektron formada göndərdiyi müraciət seçdiyi müvəkkil kredit təşkilatı tərəfindən də izlənilir. Layihənin qiymətləndirilməsi aidiyyəti qurumla birgə paralel aparılır. Bu isə əlavə vaxt itkisinin qarşısını alır, sənədləşmə xərclərinin azalmasını və şəffaflığı təmin edir. Müraciət forması “Asan İmza” vasitəsilə həyata keçirilir.
Xidmət rəisi vurğulayıb ki, vətəndaşlardan müəyyən sənədlər, eləcə də biznes plan tələb olunur. Kreditlərin məbləği isə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə tənzimlənir. Belə ki, 5 ilə verilən kreditin maksimim həddi 200.000 manat, orta faiz dərəcəsi isə illik 5 faizdir. Əsas məqsəd aqrar sahə ilə məşğul olan kiçik və orta sahibkarlığa dəstək verməkdir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 42 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























