Pestisidlərlə işləyən şəxslər üçün qaydalar
AQTA-nın maarifləndirici yazıları çərçivəsində “Pestisidlərlə işləyərkən şəxsi gigiyena qaydalarına və düzgün qidalanmaya diqqət etmək vacibdir” mövzusunda yazısını təqdim edirik.
Pestisidlərlə işləyərkən şəxsi gigiyena qaydalarına və düzgün qidalanmaya diqqət etmək vacibdir!
Fermer təsərrüfatlarında və həyətyanı sahələrdə bitkiçilik məhsullarının qorunması məqsədi ilə pestisidlərdən istifadə olunur. Kimyəvi bitki mühafizəsi vasitələri ilə işlər ehtiyatla, xüsusi diqqət və dəqiqliklə həyata keçirilməlidir. Pestisidlə işləyənlər uyğun fərdi mühafizə vasitələrini seçməyi və düzgün istifadə etməyi bilməlidirlər.
Pestisidlərlə işləyənlərin qida rasioni zülal və vitaminlərlə zəngin olmalıdır.
Pestisidlərin insan orqanizminə təsiri orqanizmin vəziyyətindən asılı olduğu üçün əməyin, qidalanmanın və istirahətin rasional rejiminə əməl edilməlidir. Pestisidlə işləyərkən siqaret çəkmək olmaz, çünki bu hal zəhərli maddələrin orqanizmə daxil olmasına şərait yaradır. İşdən əvvəl və iş zamanı spirtli içki qəbul edən şəxslərə pestisidlərin zərərli təsiri on dəfələrlə artır, bu səbəbdən də kimyəvi dərmanlanmalardan öncə və kimyəvi dərmanlanmalar zamanı spirtli içki qəbul etmək qəti qadağandır.
Rasional qidalanma orqanizmin zəhərli maddələrin təsirinə müqavimətini artıraraq zəhərlənmələrin profilaktikasında önəmli rol oynayır.
Qida zülal və vitaminlərlə zəngin olmalıdır, yaxşı olar ki, onlar özünə hopturma qabiliyyətli məhsullardan (nişasta, sıyıq, jele və s.) ibarət olsun. Bu tip qidalar kimyəvi vasitələrin qıcıqlandırıcı təsirini azaldır və sovrulmasına mane olur.
Pestisidlərlə işləməyə başlamadan öncə qida qəbul edilməsi vacibdir. Mədə-bağırsaq sistemində yemək olmaması kimyəvi maddələrin daha sürətlə qana sovrulmasına və orqanizmin daha güclü pozulmasına səbəb olur. Pestisidlə işləyənlər səhər və nahar yeməyində kifayət qədər, lakin az duzlu qida (müxtəlif suplar, süd, sıyıq, çay və s.) qəbul etməlidir. Bu tip yeməklər zəhərli maddələrin orqanizmdən tez xaric olmasına səbəb olur. Mayenin orqanizmdən xaric olmasını gecikdirən məhsullardan (duzlu balıq, tərəvəzlər və s.) istifadə edilməsi tövsiyə edilmir.
Xlor üzvi pestisidlərlə işləyənlər heyvan zülalları (ət, balıq, kəsmik), kalsium duzları və B2 vitaminləri ilə zəngin qidaları qəbul etməlidirlər. Yağlı qidalardan istifadə etməkdən çəkinilməlidir, belə ki, yağlı qidalar zəhərli maddələrin orqanizm tərəfindən sovrulmasına şərait yaradır.
Fosfor üzvi birləşmələrlə işləyənlərin qida rasionuna kəsmik, pendir, qatıq, şəkər, tərəvəzlər, meyvələr, göyərti, qarabaşaq sıyığı, çoxlu miqdarda C vitamini daxil edilməlidir. Kəskin acı, duzlu və yağlı yeməklərdən istifadə edilməməlidir.
Mis tərkibli preparatlarla işləyənlər zülal və vitaminlərlə zəngin məhsullarla (mal əti, sıyıq, tərəvəzlər, meyvələr, şəkər, bal) qidalanmalıdırlar. Yağlardan və süddən istifadə edilməsi qadağandır. Sink fosfidlə işlədikdə isə yumurta, yağ və süddən istifadə etmək olmaz.
Pestisidlərlə işləyənlər yeməkdən əvvəl əl və üzlərini sabunla yumalı, ağızlarını yaxalamalıdırlar. İşdən sonra isə duş qəbul etməlidirlər.
Pestisidlərlə yanaşı içməli suyu və ərzaq məhsullarını saxlamaq olmaz. İstifadə edilən preparatın saxlanması üçün istifadə edilən tara və qablardan heç bir halda digər məqsədlər üçün istifadə etmək olmaz.
Pestisidlərlə işləyən şəxslər qaydalara vərdiş etməlidirlər: xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri olmadan kimyəvi maddələrlə işləmək olmaz!
Heç bir halda xüsusi geyim evə aparılmamalı, işdən sonra istifadə edilməməlidir. Zəhərli kimyəvi maddələrlə çirklənmiş geyim ətrafdakılar, xüsusən uşaqlar üçün böyük təhlükə yaradır.
Fərdi həyətyanı sahələrdə pestisidlər tətbiq edilərkən şəxsi gigiyena tələblərinə və təhlükəsizlik qaydalarına riayət edilməlidir. Kimyəvi preparatlarla işlər səhər və axşam saatlarında küləksiz havada aparılmalı, hər bir konkret preparatın təlimatında göstərilən mühafizə vasitələrindən istifadə edilməklə dəri örtüyü və nəfəs yolları qorunmalıdır. Şəxsi həyətyanı sahələrdə pestisidlərlə iş saatı 1 saatdan artıq olmamalıdır. İlk növbədə təhlükəli pestisidlər seçilməli, işçi məhlulun həcmi elə hazırlanmalıdır ki, dərmanlamadan sonra artıq məhlul qalmasın.
Pestisidlərlə təmasda olan avadanlıq, qab və inventarlar məişət sirkəsi əlavə edilmiş sabun-soda məhlulunda diqqətlə yuyulmalı, quyu və meliorativ drenaj şəbəkəsindən ən azı 15 m məsafədə yerləşən xüsusi çalaya boşaldılmalıdır.
Zəhərlənmələrin, peşə xəstəliklərinin, bəzi hallarda isə əlilliyin qarşısının alınması əsasən işləyənlərin şəxsi gigiyena qaydalarına riayət etmə dərəcəsindən, həmçinin təsərrüfat rəhbərləri tərəfindən bu istiqamətdə təşkilatı tədbirlərin həyata keçirilməsindən aslıdır!
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 14 saat sonra
-
17 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 17 d. əvvəl
-
49 d. əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
6 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ən çox oxunanlar
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi















