"Kiloqramı 20 - 25 qəpikdir, onu da alan olsa"
Sentyabrın ikinci yarısından şimal bölgəsində alma yığımı mövsüm başlayıb. Adətən, meyvə yeni çıxanda bazara yüksək qiymətlə girir, almamız isə “məğlub vəziyyətdə oyuna girib”. Bunu öz "Facebook" hesabında aqrar sahə üzrə ekspert Nicat Nəsirli yazıb.
“Bağbanlar deyirlər ki, bağlarda kiloqramı 20-25 qəpikdir, onu da alan olsa. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il almamız 50%-ə qədər dəyər itirib. 2017-ci ilin sentyabrda bağlarda ən ucuz alma 50 - 60 qəpiyə təklif olunurdu. Topdansatış bazarlarında isə ən ucuz almanın kiloqramı 30-37 qəpik arasındadır. Topdansatışlarda hətta 8 kq alma 2 manata, səyyar satışlarda 3 kq 1 manata satılır. Rəsmi göstəricilərə görə, Quba-Xaçmaz bölgəsində köhnə bağların məhsuldarlığı hektardan 10 tondur, bu da o deməkdir ki, bağban əlindəki məhsulu sata bilsə hektardan 4 min manat əldə edəcək. Ötən il isə hektardan götürdüyü gəlir 8-9 min manat arası idi”,- ekspert bildirib.
Nicat Nəsirli qeyd edib ki, builki təsərrüfat mövsümündə ölkə üzrə 270 min tondan çox alma tədarükü gözlənilir. Alma üçün yaranmış təhlükələr:
1. Əsas xarici bazarımız olan Rusiyada maliyyə sabitliyi pozulub, Türkiyədən sonra bu ölkədə də dollar rubla nisbətdə kəskin bahalaşıb. Belə olan halda məhsulu ucuz rubla satıb xeyir əldə etmək mümkün olmayacaq. Elə indidən bir çox istehsalçılar Rusiyaya məhsul aparmağa tərəddüd edirlər. İri istehsalçılar məhsulu anbarlara yığıb bir müddət gözləməli olacaqlar ki, Rusiyadakı istehlakçılar yeni qiymət dəyişmələrinə inteqrasiya etsinlər. Saxlama imkanı olmayan kiçik fermerlər isə məhsulu dəyər-dəyməzinə satmalı olacaqlar. Bu qədər məhsulun kütləvi şəkildə daxili bazara girişi ucuzlaşmaya səbəb ola bilər.
2. Bu ilki iqlim şərtləri meyvə bağlarında keyfiyyətə ciddi təsir göstərib. Xüsusən, əsas alma istehsalçısı olan Qubada kiçik təsərrüfatların əksəriyyətində mövsüm ərzində bağlara dəfələrlə dərman səpilməsinə baxmayaraq dəmgil xəstəliyi məhsulların əmtəə görünüşünə öz zərbəsini vurub. İndidən demək olar ki, kiçik təsərrüfatlardakı almanın böyük əksəriyyəti emala getməlidir. Bağlardan xəstəliyin geniş yayılmasının digər səbəbləri dərmanların keyfiyyətsiz olması, bəzi fermerlərin kimyəvi dərmanlama işləri aparmamasıdır.
İri istehsalçılar üçün 1-2 bir aylıq gözləmə dövrü olacaq: hazırda Rusiyanın cənub bölgələrində istehsal potensialı güclüdür, təxminən bir aydan sonra bu ölkədə yay mövsümü başa çatanda bazarlarda ciddi boşluq yarana bilər. O zaman rusiyalı istehlakçı bizim almamızı yeni qiymətlərlə qəbul etmək məcburiyyətində qalacaq.
Xırda istehsalçılların iqtisadi müdafiəsini isə xalq olaraq üzərimizə götürməliyik. Bu mövsüm yerli istehsalçılara şəxsi istehlakı artırmaqla dəstək verməli olacağıq, hər bir fərd gündəlik alma istehlakını artırmalıdır, bu il hər bir vətəndaşa düşən alma norması 28 kq-dır, rəsmi göstəricilər deyir ki, ildə adambaşına 21 kq alma istehlak etməliyik, amma reallıqda çox aşağıdır. . Odur ki, gəlin gündəlik alma normamızı artıraq və yerli fermerimizə dəstək olaq!
Almanın xüsusi həvəskarı olan ingilislər deyir ki, “hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 7 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















