"Biləsuvar Broyler"in səhm paketi hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsinin təmin etdiyi elektron hərraclar isə prosesi daha da sadələşdirir. Komitə tərəfindən 23 oktyabrda dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac baş tutacaq.
Hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri xidmət, kənd təsərrüfatı, təmir-tikinti, sənaye və digər sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarında yerləşən bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır. Xidmət sahəsində yüksək gəlir qazandıracaq əmlaklardan biri Göygöl şəhəri, Hümmel küçəsində yerləşən Göygöl Kardiorevmatoloji Sanatoriyadır. Ümumi faydalı sahəsi 1117,9 kv.m olan bu obyektin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun iqtisadi potensialını artırır. Sanatoriyanın fəaliyyətinin bərpası ilə bölgə əhalisinin tibbi xidmətlərə olan tələbatı yüksək səviyyədə ödənilə bilər.
Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m və 213,7 kv.m aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir. Belə ki, hər kəsin büdcəsinə uyğun ola biləcək bu əmlaklardan müxtəlif biznes sahələri üzrə ofis və ya xidmət obyekti kimi istifadə etmək olar. Sərfəli ilkin hərrac qiyməti olan qeyri-yaşayış sahələrindən biri də Daşkəsən şəhəri, T.İsmayılov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 86,6 kv.m olan bu dövlət əmlakı üzrə özəlləşdirmə hərracına qoşulmaq istəyən vətəndaş 975 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.
Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Material Təchizat, Zərdab Aqrotexservis kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb.
Avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri Kia və Daewoo markalarına aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
39 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
49 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
55 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















