Bank of Baku “Onlar Sevinsin” dedi, 200-ə yaxın məktəblini sevindirdi!
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçirdiyi işlərlə hər zaman cəmiyyətin görünən və görünməyən problemlərinin həllinə dəstək olmağa çalışan, Xalqa Yaxın Bank – Bank of Baku növbəti sosial layihələrindən birinə imza atıb.
Yeni dərs ili münasibətilə Bankın “Onlar Sevinsin” şüarı altında keçirdiyi layihə yüzlərlə məktəblinin sevincinə səbəb olub.
Artıq ikinci ildir ki, icra edilən və silsilə xarakteri daşıyan “Onlar Sevinsin” layihəsi çərçivəsində Bank of Baku-nun əməkdaşları bu dəfə Azərbaycanın işıq adası, nur şəhəri sayılan Şirvana səyahət edərək, yeni dərs ilinə hazırlaşan məktəbliləri – aztəminatlı və şəhid ailələrinin övladlarını, əlilliyi olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edib.
Xatırladaq ki, ötən il icrasına başlanılan layihə zamanı Azərbaycanın 3 ucqar dağ kəndinə -Lerikin Andurma, Qubanın Qalaxudat və Şəkinin Təpəcənnət kəndlərinə səfər edən Bank of Baku-nun əməkdaşları, 134 nəfər məktəbliyə hədiyyələr təqdim etmişdi.
Layihələrin gedişatını əks etdirən çarxlarla aşağıdan tanış bilərsiniz:
- #OnlarSevinsin 2017 - http://y2u.be/GNzKEej2Kk8
-#Onlar Sevinsin 2018 - http://y2u.be/LySjfG_bOuw
Qeyd edək ki, davamlı olaraq iki il ərzində icra olunan bu layihə nəticəsində Bank of Baku 200 nəfərə yaxın məktəblini sevindirməyə nail olmuşdur.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
5 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
8 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
10 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 18 d. əvvəl
- 20 d. əvvəl
- 29 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























