Qlobal neft hasilatı rekord səviyyəyə çatıb
Qlobal neft hasilatı Avqustda İyul ayı ilə müqayisədə gündəlik 80 min barrel artaraq 100 milyon 50 min barellə rekord səviyyəyə çatıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı gündəlik 420 min barrel artaraq 32 milyon 630 min barel olub.
Digər OPEC hasilatı isə sutkada 7 milyon 10 min barel olub. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 39 milyon 640 min barel səviyyəsində baş tutub.
Avqustda OPEC daxilində ən çox gündəlik istehsal artımı Liviyada baş verib. Ölkədə gündəlik neft hasilatı 280 min barrel artaraq 950 min barrelə çatıb.
Liviyadan sonra ən çox gündəlik hasilat artımı təmin edənlər Nigeriya, İraq və Səudiyyə Ərəbistanı olub. Gündəlik neft istehsalı Nigeriyada 90 min barel artımla 1 milyon 610 min barelə, İraqda 90 min barel artımla 4 milyon 650 min barrelə və Səudiyyə Ərəbistanda 70 min barel artımla 10 milyon 420 min barelə yüksəlib.
Keçən ay OPEC-də ən çox istehsal azalmasının baş verdiyi ölkələr İran və Venesuela olub. İranın gündəlik neft hasilatı 150 min barrel azalaraq 3 milyon 630 min barrelə, Venesuelanın gündəlik hasilatı 20 min barrel azalma ilə 1 milyon 240 min barrelə düşüb.
Avqustda OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə sutkada 340 min barel artaraq təxminən 60 milyon 410 min barel olub. Beləliklə, qlobal neft hasilatı avqustda bir əvvəlki ayla müqayisədə gündəlik 80 min barrel artaraq 100 milyon 50 min barellə rekord səviyyəyə çatıb.
Hesabata görə, 2018-ci ildə OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı ötən illə müqayisədə gündəlik orta hesabla 2 milyon barrel artaraq 60 milyon barrelə, 2019-da da gündəlik 1 milyon 800 min barel artımla 61 milyon 800 min barelə çatacaq.
"QLOBAL TƏLƏBAT 2019-DA 100 MİLYON 800 MİN BARREL OLACAQ"
IEA-nın hesabatında, bu il qlobal neft tələbinin gündəlik orta hesabla 99 milyon 300 min barrel təşkil edəcəyi, 2019-da isə bu rəqəmin 100 milyon 800 min barrelə yüksələcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 d. əvvəl
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
-
18 d. əvvəl
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
- 34 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
Neft böhranı dərinləşir, qiymətlər artır
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!







.jpg)


.jpg)




