“SƏBA”dan səhmlərinin satışı ilə bağlı AÇIQLAMA
“Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil”.
Bunu “Marja”ya açıqlamasında “Səba” ASC-nin hüquqşunası Ramil Süleymanov bildirib.
“Bildirmək istəyirəm ki, Bakı Fond Birjasının rəsmi internet səhifəsində gedən məlumatda texniki yanlışlıq görünməkdədir. Belə ki, “Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil. Bu gün “Səba” ASC-nin bizə məlum olan bir səhmdarı malik olduğu 168 ədəd səhmi “Unicapital İnvestisiya Şirkəti” vasitəsilə digər bir şəxsə satmışdır. Bu şəxs (səhmləri alan - Marja) bizə məlum deyil. Səhmdarın adı Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini alacağımız zaman bizə məlum olacaqdır.Yəni, bir daha vurğulamaq istəyirəm ki, burada satış predmeti “Səba” ASC-nin tam səhm paketi deyil, yalnız səhmdarlardan birinin mülkiyyətində olan 168 ədəd adi səhmin alqı-satqısıdır”,- şirkətin hüquqşunası bildirib.
Xəbər verdiyimiz kimi, Bakı Fond Birjasının (BFB) yaydığı məlumata görə, 27 avqust 2018-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə "Səba" ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilmişdir. Məlumatda qeyd edilib ki, bu gün, hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm ticarətə buraxılıb (cəmi 4 milyon 790 min 592 manatlıq).
BFB-nin məlumatına istinad etsək, ticarətə buraxılan səhmlər "Səba"nın nizamnamə kapitalına qarşılq gəlir (hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm). "Səba" ASC 2017-ci ilin sonunda 4 milyon 790 min 591 manat nizamnamə kapitalına malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 d. əvvəl
- 6 d. əvvəl
- 39 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub























