Azərbaycan ixrac missiyası Pakistandadır
Azərbaycan ixrac missiyası Pakistandadır.
İxrac missiyası səfərin ilk günü İslamabadda Pakistanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması tədbirləri, Azərbaycanda biznes və investisiya mühiti, ixracyönümlü və rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verilib. 70-dən çox Pakistan şirkətinin iştirak etdiyi görüşdə Azərbaycan və Pakistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Pakistana ixrac imkanlarına dair müzakirələr aparılıb.
Pakistanın Ravalpindi şəhərində isə Azərbaycan şirkətlərinin nümayəndələri 40-dan çox Pakistan şirkətinin təmsilçilərinə Azərbaycanın rəqabətqabiliyyətli məhsulları barədə məlumat verib, müzakirələr aparılıb.
İxrac missiyasına Azərbaycanda meyvə-tərəvəz, meyvə şirələri, təbii mineral sular, şəkər və qənnadı məmulatları, mebel və digər sənaye məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 16 şirkətin nümayəndəsi daxildir.
İxrac missiyası bu gün Pakistanın Lahor şəhərində olacaq, Pakistan şirkətləri ilə Azərbaycan məhsullarının bu ölkəyə ixracının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)






