ABŞ neft qiymətləri proqnozlarını aşağı saldı
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə bağlı neft qiymətləri proqnozlarını endirib.
"Marja" xəbər verir ki, EIA-nın "Avqust 2018" hesabatında, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 72 dollar, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin isə 66 dollar olmasının nəzərdə tutulduğu bildirilib.
EIA-nın iyul ayı hesabatında, bu il Brent neftinin barrel qiyməti 73 dollar, WTI neftinin də 67 dollar olması təxmin edilmişdi.
Digər tərəfdən, avqust ayı hesabatında, hər iki neft növün 2019-a dair qiymət proqnozlarının qaldırılıldığı qeyd edilib. Hesabata görə, gələn il Brent tipli neftin barrel qiyməti orta hesabla 71 dollar, WTI növü neft qiymətinin də orta hesabla 65 dollar olmasının gözlənildiyi qeyd olunub. EIA-nın iyul ayı hesabatında, gələn il Brent neftin barrel qiyməti 69 dollar, WTI nefti də 62 dollar olması təxmin edilmişdi.
Avqust ayı hesabatında, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın ötən ay neft hasilatlarının artdığı qeyd edilib, Liviyada hasilatın dayanmasının ardından ölkənin istehsalının daha sürətli şəkildə artım göstərdiyi vurğulanıb.
ABŞ-ın xam neft istehsalı proqnozu aşağı salındı
Bundan başqa EIA, ABŞ-ın 2018 və 2019-cu illərə dair xam neft hasilat proqnozlarını keçən ayki hesabata əsasən gündəlik orta hesabla 0,1 milyon barrel aşağı saldığını bildirib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Hesabata görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,7 milyon barrel, gələn il isə 11,7 milyon barrel olmasının nəzərdə tutulduğu bildirilib.
İyul ayı hesabatında ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2018-də 10,8 milyon barrel, 2019-da isə 11,8 milyon barrel olmasının proqnoz edildiyi bildirilmişdi.
Ölkənin xam neft hasilatı keçən il gündəlik orta hesabla 9,4 milyon barrel səviyyəsində baş vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
3 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"




















