“Expressbank”ın da maliyyə vəziyyəti məlum oldu
“Expressbank” ASC 2018-ci ilin birinci yarısını 992 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəətin 749 min manatı 1-ci rübdə, 243 min manatı 2-ci rübdə əldə edilib.
"Expressbank” 2017-ci ilin birinci yarısını 1 milyon 780 min manat mənfəətlə bağlamışdı. Beləliklə, bankın xalis mənfəəti 44% azalıb.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Expressbank”ın faiz gəlirləri 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 14 milyon 933 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 12 milyon 947 min manat faiz gəliri əldə etmişdi.
“Expressbank”ın əməliyyat gəliri isə 26,6% azalaraq 5 milyon 423 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 7 milyon 386 min manat əməliyyat gəliri əldə etmişdi.
Bank ötən ilin birinci yarısında ehtiyatlara 952 min manat ayırdığı halda, bu ilin eyni dövründə ehtiyatların 1 milyon 224 min manatı azad olub.
XƏRCLƏRİ ARTIB
“Expressbank”ın 13 milyon 964 min manat əməliyyat mənfəətinə qarşı ümum və inzibati xərcləri 12 milyon 972 min manat təşkil edib. Nəticədə Bank, cari ili 992 min manat xalis mənfəətlə yarılayıb. Ötən ilin birinci yarısında 13 milyon 737 min manat cəmi əməliyyat mənfətinə qarşı ümumi və inzibati xərclər 11 milyon 983 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30.06.2018-ci il tarixində “ExpressBank” cəmi aktivləri 440 milyon 153 min manat (o cümlədən 205 milyon 365 min manatı müştərilərə verilmiş kreditlər) təşkil edib. 30.06.2017-ci il tarixində bankın cəmi aktivləri 280 milyon 085 min manat ( o cümlədən 167 milyon 864 min manatı müştərilərə verilmiş kreditlər ) təşkil etmişdi. Bankda nağd pul və pul ekvivalentlər 65 milyon 508 min manatdan 178 milyon 61 min manata yüksəlib.
Portfelin problemli hissəsi 2,6%-dən 2,4%-ə enmişdir.
İllik müqayisədə "Expressbank"da müştəri depozitləri 2,4 dəfə artaraq 261 milyon 350 min manat təşkiıl edib.
İyun ayının sonunda "Expressbank" 140 milyon 949 min manat məcmu kapitala malik olub.
Hesabatda qeyd edilib ki, II rübdə əhalinin əmanətləri 7.5 milyon manat məbləğində artmışdır.
Rüb ərzində 24 min yeni müştəri hesabı açılmışdır. Yeni sahibkar və hüquqi müştərilərin sayı rüblük 332 olmaqla, 12 mini keçmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 4 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
7 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb





















