“Amrahbank”a əmanət yatıranlar artıb
“Amrahbank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.
HAQQ VƏ KOMİSSİYA GƏLİRLƏRİNDƏ ARTIM
“Marja” xəbər verir ki, hesabatda diqqəti cəlb edən, 2017-ci ilin yanvar-iyun dövrü ilə müqayisədə bu ilin eyni dövründə "Amrahnank"ın haqq və komissiya gəlirlərinin artmasıdır. Ötən ilin birinci yarısında 1 milyon 266 min manat olmuş müvafiq gəlirlər, bu ilin birinci yarısında 1 milyon 792 min manata yüksəlib. Haqq və komissiya gəlirlərinin artması Bankın kreditlər xaric digər bank xidmətlərindən gəlirinin artmasına işarədir.
Cari ilin yanvar-iyun dövründə “Amrahbank”ın cəmi faiz gəlirləri isə 3 milyon 773 min manat təşkil edib.
BANK EHTİYAT YARADIR
"AmrahBank" gəlirlərinin bir hissəsini ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyata yönəldir. Bu bankı daha sağlam edir və borclarını dərhal qaytarmaq imkanı verir. Bankın gələn ildən xalis mənfəətə çıxacağı gözlənilir.
KREDİTLƏR ARTIR
“Amrahbank”dan verilən məlumata görə, müştərilərə verilən yeni kreditlər artır. 30 İyun 2018-ci il tarixində müştərilərə verilmiş cəmi xalis kreditlər 90 milyon 577 min manat təşkil edib.
Yüri düşmüşkən bildirək ki, "Amrahbank" “Ürəklə istəyin, Ürəklə alın və Ürəklə xərcləyin” sloqanı ilə nağd pul istehlak krediti kampaniyasına start verib. Kampaniyanın şərtlərinə görə, nağd pul kreditinin illik faiz dərəcəsi 20 %-ə qədər endirilib, ödәniş vaxtı 36 ayadәk uzadılıb. Üstәlik, ödәniş üçün 3 aylıq güzәşt müddәti də tətbiq edilir. Ətraflı burada.
MÜŞTƏRİLƏRİN HESABLARI VƏ DEPOZİTLƏR ARTIB
“Amrahbank”da müştəri hesabları və müddətli depozitlər də artır. Belə ki, müştəri hesabları 133 milyon 924 min manatdan 148 milyon 429 min manata, müddətli depozitlər isə 106 milyon 962 min manatdan 123 milyon 542 min manata yüksəlib. Depozitlərin artmasının səbəblərindən biri Bankın bir müddət əvvəl əmanət faizini yüksəltməsidir. Belə ki, Amrahbank "Lider" əmanətin faizini müddətindən asılı olaraq 12%-ə qədər artırıb. Həmçinin "Amrahbank" yaranma tarixinin 25 illiyi münasibətilə mart ayından etibarən əmanətçilər üçün çox faydalı olan 25 il Sizinlə “Depozit Festivalı 5” kampaniyasına start verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 15 d. əvvəl
- 26 d. əvvəl
-
-
32 d. əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
2 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Ən çox oxunanlar
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az


















