"General Electric" səhiyyə və neft sektorlarından çıxır
ABŞ-ın "General Electric" şirkəti, səhiyyə və neft sektorlarından çıxacağını açıqlayıb.
"Marja" xəbər verir ki, "General Electric"dən verilən açıqlamada, şirkətin səhiyyə xidmətləri göstərən törəmə şirkətinin 20%-lik hissəsinin nağd pula çevriləcəyi və 80%-inin səhmdarlara bölüşdürüləcəyi bildirilib. Bu şirkətin artıq müstəqil bir şirkət olacağı məlumatı verilib.
Bundan başqa açıqlamada, "General Electric"in 2017-də 7,4 milyard dollara 62,5%-lik hissəsini satın aldığı ABŞ-ın ən böyük üçüncü neft sahəsinə xidmət şirkəti "Baker Hughes"ın da səhmlərini satacağı qeyd edilib.
Açıqlamada, bu dəyişikliklərdən sonra "General Electric"in aviasiya, elektrik enerjisi və bərpa olunan enerjiyə diqqət yetirəcəyi bildirilib.
Sözügedən dəyişikliklərin "General Electric"ə 2020-ci ilin sonuna qədər ən az 500 milyon dollarlıq qənaət təmin edəcəyinə diqqət çəkən açıqlamada, bu tarixə qədər şirkətin borcunun 25 milyard dollar azaldılmasının və balansda 15 milyard dollar nağd pul yaradılmasının planlaşdırıldığı vurğulanıb.
Keçən həftə, 126 il əvvəl Thomas Edison tərəfindən yaradılan "General Electric" "Dow Jones" Sənaye İndeksindən çıxarılmışdı.
Son 1 ildə "General Electric"in Nyu-york Birjasında ticarət olunan səhmləri 54% ucuzlaşıb. Bugünkü açıqlamanın ardından şirkətin səhminin qiyməti 8,9 faiz artımla 13,88 dollara qədər yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
4 d. əvvəl
“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb
-
28 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
28 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
44 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB







.jpg)






.jpg)










