“AzNar” yenidən təşkil ediləcək
6 iyul 2018-ci il tarixində Göyçayda fəaliyyət göstərən Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Marja” xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1.Teymur Əhmədov adına “AzNar” QSC-nin 2017-ci ilin nəticələrinə görə dividendlərin elan edilməsi və verilməsi haqqında.
2.Teymur Əhmədov adına “AzNar” QSC-nin təsisçiliyi ilə yaradılmış “Kənd” MMC-nin və “Aznaraqro” MMC-nin yenidən təşkil edilməsi haqqında.
3.Teymur Əhmədov adına “AzNar” QSC-nin yenidən təşkil edilməsi haqqında.
4.Teymur Əhmədov adına “AzNar” QSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi haqqında.
5.Teymur Əhmədov adına “AzNar” QSC-nin yenidən təşkil edilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirilməsi haqqında.
Səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 (on beş) gün qalmış gündəliyə daxil edilən bütün məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında tanış ola bilərlər.
Qeyd edək ki, hüquqi şəxsin yenidən təşkili birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formasında həyata keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
11 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 11 saat əvvəl
-
13 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















